13:36 05.10.2022 642

"Kimin düz, kimin səhv olduğunu araşdırmaq..." - Aslan Kərimov

Ötən gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti uzadılıb. 

Azərbaycan millisi komandasının sabiq yarımmüdafiəçisi, hazırda isə AFFA-nın məşqçi kursları üzrə təlimatçısı Aslan Kərimov Fanat.Az-a açıqlamasında italiyalı mütəxəssisin başçılığı altında yığmamızın gələcəyi haqda danışıb:

"De Byazi onun ətrafında gəzən neqativlərə cavab olaraq, oyun planı baxımından yalnız UEFA Millətlər Liqasında son üç matçımızdakı kimi futbol sərgiləyəcək. Çünki Avro-2024-ün seçmə mərhələsində rəqabət bundan qat-qat çətin olacaq. AÇ-nin seçmə tsiklində daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Top 10-luqda olan yığmalardan ən azı biri bizim qrupda yer alacaq. Həmin qrupdan çıxmağımız olduqca çətin görünür. Düzdür, hələ rəqiblərin kimliyi bilinmir. Amma böyük ehtimalla, qrupda Azərbaycan millisinin qarşısını alacaq iki güclü komanda olacaq. 

Yığmanın oyunçuları ilə De Byazi arasında olan söz-sözhbətlərə gəlincə, bu mövzuya çox zaman ayırmaq istəmirəm. Kimin düz, kimin səhv olduğunu araşdırmaq yersiz alınar. Oyunçularla baş məşqçi arasında belə söz-söhbətlər yaranırsa, dərhal bunu aradan qaldırmaq lazımdır. Belə hallar komandanı yalnız geriyə apara bilər. Bu növ məsələlərin yaranmaması baş məşqçi tərəfindən idarə olunmalıdır. 

De Byazi bizə nə vəd edir? Birinci müəyyən etməliyik ki, "vəd edir" deyəndə konkret olaraq nəyi nəzərdə tuturuq? Əgər seçmə mərhələnin qrupundan çıxmaqdırsa, düşünmürəm ki, millimiz buna nail olsun. Söhbət oyunumuzda yaxşıya doğru ümumi dəyişiklikdən gedirsə, ola bilər. Bir daha qeyd edim ki, UEFA Millətlər Liqasında daha yaxşı çıxış edə bilərik. İtaliyalı çalışdırıcının qalması ilə bağlı qərar verilibsə, burada neqativ fikir səsləndirmək yersiz olar. Hər hansısa tənqidin də mənası yoxdur. 

De Byazi gələcəkdə Azərbaycan millisi ilə uğur qazanmaq istəyirsə, gərək futbolçularla daha yaxın və mütamadi ünsiyyətdə olsun. Qərar verərkən oyunçuların da fikirlərinə önəm verilməlidir. Kim bilir, bəlkə onun qoyduğu üslub bizim futbolçular üçün yararlı deyil. Futbolçuların mövqeyini öyrənib və ortaq məxrəcə gəlmək komandanın xeyrinə işləyən amillərdəndir. Məncə, misal olaraq "Qarabağ"ı göstərmək yerinə düşər. Futbolçular və çalışdırıcı arasında güclü kommunikasiya var. "Qarabağ"ın uğurlarının səbəblərindən biri də elə budur. Rəşad Sadıqovun oynadığı vaxtda oyundan öncə müzakirələr gedirdi. De Byazinin Qara ilə hansısa sözü üst-üstə düşməyə, Maksimin açıqlaması onun xoşuna gəlməyə bilər. Bunlara önəm vermək ən böyük səhv olar. Uğur qazanmaq üçün bu cür lazımsız söz-söhbətləri geridə qoymaq lazımdır. Neqativi unutmaq gərəkdir. Bu məsələləri şəxsiləşdirəsi olsaq, utopiyaya gedəcəyik. Canni De Byazi ilə davam etməyə qərar verilibsə, üzümüzü çevirməyin adı yoxdur. İstər jurnalistlər olsun, istərsə də mütəxəssislər, biz üzümüzü çevirib gedəsi olsaq, irəlidə bizi heç bir uğur gözləməyəcək". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X