Milli komandaların növbəti FİFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi sıralamada 5 pillə irəliləyərək dünyanın 123-cü komandası olub.
Buna Millətlər Liqasında ardıcıl üç qələbə səbəb olub. Yığmamız Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edərək Malavi, Zimbabve, Qambiya, Toqo və Konor adalarını keçib.
Azərbaycan millisinin aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazanc əldə edib.
Qeyd edək ki, cədvələ 1831,30 xalla Braziliya başçılıq edir.