17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün ilkin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirəcək seçmə mərhələyə hazırlıq məqəsilə oktyabrın 13-dən 20-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək.
Bakı toplanışından sonra AÇ-də iştirak edəcək yekun heyət müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Hüseynov Osman - Riqa (Latviya)
2. Məmmədzadə Sadiq - Səbail
3. Əliyev Nihad - Qarabağ
4. Hüseynov Hüseyn - Turan Tovuz
5. Mahmudzadə Taleh - Neftçi
6. Bağırzadə Ceyhun - Qaziantep (Türkiyə)
7. Tarverdiyev Əhməd - Sabah
8. Məmmədov Musa - Qarabağ
9. Hüseynli Hüseyn - Sumqayıt
10. Əlişanlı Məsud - EFA
11. Cəfərli İlkin - Sabah
12. Əhmədzadə Nihad - Sumqayıt
13. Muradlı Sənan - Sumqayıt
14. Mirzəyev Teymur - Sabah
15. Budaqov İlkin - Qəbələ
16. Hüseynov Anar - Sabah
17. Mikayılov Elton - Qarabağ
18. Məmmədov Murad - Neftçi
19. Ələkbərli Əşrəf - İUEGM
20. Həşumov Mehdi - Qaradağ Lökbatan
21. Osmanov Niyazi - Sabah
22. Mənsumov Davud - Qarabağ