Futbol üzrə Azərbaycan milli komandası daha bir yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Azərbaycan millisinin Belarus yığması ilə qarşılaşacağı bildirilib. Oyun iyunun 2-də, Minskdəki Milli Olimpiya Stadionunda keçiriləcək. Matçın başlama saatı hələ məlum deyil.
Azərbaycan yığması mayın 27-də yoxlama oyunu çərçivəsində Alanyada Türkiyə ilə qarşılaşacaq.
Fanat.Az