Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan komandaları "Birbaşa Bakı" və "AzNur"un da rəqibləri müəyyənləşib.
"Birbaşa Bakı" "BKMK Brno" (Çexiya), "Nottingem Livorno" (İtaliya) və "Orteqa Tvins Malaqa" (İspaniya) komandaları ilə eyni qrupa düşüb.
"Aznur"un rəqibləri isə "Andezit" (Ukrayna), "Qalport Svieçe" (Polşa) və "Piopios Bayonne" (Fransa) kollektivləri olub.
Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.