
Bakda keçirilən minifutbol üzrə dünya çempionatında üçüncü yerin sahibi bəlli olub.
Fanat.Az xəbər verir ki, bürünc medal uğrunda görüşdə Monteneqro və Serbiya yığmaları üz-üzə gəliblər.
Oyun serblərin 3:0 hesablı qələbəsi ilə baş çatıb.
Qeyd edək ki, finalda Azərbaycan və Macarıstan seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş saat 20:00-da start götürəcək.