Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına Monteneqroda hazırlaşan Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, meydan sahibləri ilə üz-üzə gələn yığmamız heç-heçəyə razılaşıb - 1:1.
Elşad Quliyevin baş məşqçisi olduğu komandanın heyətində Samir Həmzəyev fərqlənib.
Xatırladaq ki, mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək dünya çempionatında A qrupunda yer alan Azərbaycan yığması Mavritaniya, Sloveniya və Bəhreynlə mübarizə aparacaq.