Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində iştirak edib.
Fanat.Az xəbər verir ki, millimiz Koşitsedə təşkil olunan yarışda əvvəlcə Ukrayna ilə 2:2 hesablı bərabərə qalıb, ardından meydan sahibi Slovakiyaya 2:3 hesabı ilə uduzub.
Məğlubiyyətə baxmayaraq, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinala yüksəlib. Millimiz finala vəsiqə uğrunda matçda Belçika ilə qarşılaşacaq.
Turnirə bu gün - mayın 1-də yekun vurulacaq.
Qeyd edək ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən beynəlxalq turnirin qalibi olub.