Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” üz-üzə gəliblər.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
“Premyer Liqa məşqçiləri”nin heyətində Əfran İsmayilov (31) fərqlənib. "Neftçi 2000-lər"in qolunu isə Rəşad Sadiqov (45) vurub.
Görüşün taleyi penaltilər seriyasında həll olunub.
Burada dəqiq oynayan (3:2) “Premyer Liqa məşqçiləri" komandası “Legends Cup” un qalibi olub.