Bu gün Bakıda minifutbol üzrə dünya çempionatı başlayır.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnirdə 32 ölkənin komandası mübarizə aparacaq.
Saat 19:00-da başlayacaq açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
Azərbaycan yığması A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə üz-üzə gələcək.
Digər qrupların tərkibi belədir:
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Dünya çempionatı
Qrup mərhələsi
I tur, 21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə
D qrupu
11:45. Bolqarıstan -Portuqaliya
14:15. Slovakiya - Hindistan
Qeyd edək ki, bu, Dünya Minifutbol Federasiyasının (WMF) təşkilatçılığı ilə baş tutan beşinci mundial olacaq. Əvvəlki dörd yarışda ABŞ, Çexiya, Meksika və Rumıniya çempion olublar.