Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, artıq mundialda iki matç baş tutub.
Milli Gimnastika Arenasında keçirilən turnirin açılış oyununda Çad və Fransa komandaları üz-üzə gəliblər. B qrupunun qarşılaşması Avropa təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Günün ikinci oyunu C qrupunda yer alan Macarıstan və Türkiyə arasında baş tutub. Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.