Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının ilk oyun günündə daha iki görüş baş tutub.
Fanat.Az xəbər verir ki, açılış gününün üçüncü oyununda Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib.
D qrupunun görüşü appeninlilərin 3:1 hesablı qələbəsi ilə bitib.
Milli Gimnastika Arenasında baş tutan günün dördüncü matçında isə Ukrayna və İngiltərə milliləri üz-üzə gəliblər. Britaniyalılar rəqibini 4 cavabsız qolla (4:0) üstələyib.
Qeyd edək ki, daha əvvəl Fransa Çadı (1:0) məğlub edib, Macarıstan - Türkiyə qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.