Tanınmış fristayler, bu növdə dünya çempionu Arno Qarnye Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı üçün Azərbaycana gəlib.
Fanat.Az xəbər verir ki, 40 yaşlı fransalı idmançı bu gün Milli Gimnastika Arenasında turnirin açılış mərasiminə qatılacaq.
Saat 19:00-da start götürəcək tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
Qeyd edək ki, bu gün start götürən yarış iyunun 1-də başa çatacaq. Azərbaycan millisi bu gün, saat 20:30-da Bəhreynlə qarşılaşacaq.