Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Bəhreyn seçməsi ilə üz-üzə gəlib.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Millimuzin qolunu 15-ci dəqiqədə Mirmehdi Rzayev vurubsa, rəqibin heyətində 25-ci dəqiqədə Ahmed Antar fərqlənib.
Qeyd edək ki, qrupun digər görüşündə, saat 23:00-da Mavritaniya və Sloveniya kollektivləri üz-üzə gələcəklər.