Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında Qazaxıstan və Polşa yığmaları qarşılaşıblar.
Son DÇ-nin finalçısı olan orta asiyalılar gözlənilmədən 1:2 hesabı ilə məğlub olublar.
Bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1) məğlub edib. Monteneqro - Tailand matçında heç-heçə qeydə alınıb - 1:1.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.