Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın 3-cü günündə II turun matçları keçirilir.
Milli Gimnastika Arenasında 8 oyun baş tutacaq ki, artıq bir neçə görüş yekunlaşıb.
Azərbaycan millisinin Sloveniya ilə qarşılaşacağı günə qrupumuzun Mavritaniya - Bəhreyn oyunu ilə start verilib. Afrika təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Növbəti qarşılaşmada Fransa Özbəkistanla üz-üzə gəlib. Matç 3:3 hesabı ilə yekunlaşıb. İngiltərə - Macarıstan matçında da bərabərlik qeydə alınıb - 1:1. Növbəti oyunda sensasiya baş verib. Çad son çempion Rumıniyanı 4:2 hesabı ilə məğlub edib. Bolqarıstan isə Hindistanı 5:0 hesabı ilə yenib.
Millimizin Sloveniya ilə dueli saat 20:45-də başlayacaq. Bu dəqiqələrdə Ukrayna - Türkiyə qarşılaşması başlayıb. Günə saat 22:00-da başlayacaq Portuqaliya - Slovakiya matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, II tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.