Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında bu gün daha bir matç keçirilib.
C qrupunda yer alan Ukrayna və Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətiriblər. "Ay-ulduzlular" rəqibini 3:1 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib - 1:1. Ukrayna isə açılış oyununda İngiltərəyə böyük hesabla (0:4) uduzub.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.