Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin 3-cü turu start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi də növbəti matçına çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Mavritaniya yığmasını 2:0 hesabı ilə yenərək xal hesabını 7-yə çatdırıb və yer aldığı A qrupundan lider qismində 1/8 finala yüksəlib. Qrupun digər qarşılaşmasında Bəhreyn Sloveniyanı üstələyib - 4:1.
Bu gün həmçinin Türkiyə millisi də 3-cü görüşünü keçirib. Qardaş ölkə təmsilçisi İngiltərə yığmasına 0:3 hesabı ilə uduzaraq qrupda qalıb.
Dünya çempionatı
Qrup mərhələsi, 3-cü tur
25 may
A qrupu
Azərbaycan – Mavritaniya 2:0
Qollar: Təmkin Xəlilzadə, 44. Ramiz Çovdarov, 50+ pen.