Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında bu gün daha iki oyun keçirilib.
Günün ilk matçında E qrupunda yer alan Kosta Rika ilə Tailand üz-üzə gəlib. Rəqibi üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq xallarının sayını 7-yə çatdıran Asiya təmsilçisi 1/8 finala vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.
H qrupunda isə İsrail – İspaniya matçı baş tutub. Rəqibini 4:2 hesabı ilə məğlub edən İsrail 6 xalla növbəti mərhələyə yüksəlib. Üç görüşdə yalnız bir qələbə qazanan İspaniya yığması isə mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.