Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 1/8 finalda qarşılaşan İngiltərə və Bolqarıstan yığmalarının dueli güzəştsiz mübarizəyə səhnə olub.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Belədə qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.
Standart zərbələri daha dəqiq yerinə yetirən (3:1) ingilislər növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, İngiltərə 1/4 finalda məhz Azərbaycan - Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.