Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın səkkizinci günündə 1/8 final mərhələsinə yekun vurulacaq.
Milli Gimnastika Arenasında keçirilən turnirdə bu gün daha 4 oyun təşkil olunacaq.
Günə Monteneqro - Polşa oyunu ilə start veriləcək. Bundan başqa, "Bosniya və Herseqovina Tailandla, Çexiya İsraillə, Serbiya isə Gürcüstanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin İngiltərə - Azərbaycan və Macarıstan - Mavritaniya cütləri artıq məlumdur.
Dünya çempionatı
1/8 final
28 may
17:30. Monteneqro - Polşa
19:00. Bosniya və Herseqovina - Tailand
20:30. Çexiya - İsrail
22:00. Serbiya - Gürcüstan