Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında Monteneqro millisi Polşa ilə qarşılaşıb.
Oyun 1:0 hesablı qələbə qazanan Monteneqro seçməsi 1/4 finala yüksəlib.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.