Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin son oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, Serbiya seçməsi Gürcüstan yığması ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında reallaşan matçda 3:2 hesablı qələbə qazanan Serbiya adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.