Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində mübarizə aparacaq bütün iştirakçılar bəlli olub.
Fanat.Az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında reallaşan görüşlərdə qələbə qazanan daha 4 komanda 1/4 finala yüksəlib.
Monteneqro Polşanı tək qolla yenərək yoluna davam edib. Tailand Bosniya və Herseqovina ilə matçda hesabı açsa da, sonradan 3 qol buraxaraq mübarizəni dayandırıb. İsrail Çexiyaya (0:4), Gürcüstan millisi Serbiyaya (3:2) məğlub olub.
Dünya çempionatı
1/4 final
Macarıstan - Mavritaniya
Monteneqro - Çexiya
İngiltərə - Azərbaycan
Bosniya və Herseqovina - Serbiya
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah keçiriləcək.