Monteneqro millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv Milli Gimnastika Arenasında baş tutan 1/4 final matçında Çexiyanı 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Monteneqro yarımfinalda İngiltərə - Azərbaycan cütünün qalibi ilə qarşılaşacaq.