Yüngül çəkidə (70 kiloqrama qədər) son UFC çempionu İslam Maxaçev yarım orta çəkidə mübarizə aparmaq üçün kəmərindən keçib.
Fanat.Az xəbər verir ki, məlumatı UFC liqasının başqanı Dana Uayt sosial şəbəkədə açıqlayıb.
Onun sözlərinə görə, yüngül çəkidə digər iştirakçılara şans verən İslam yarım orta çəkidə çempion Cek Della Maddalena ilə titul uğrunda döyüşəcək.
Uayt qarşılaşmanın yerinin və vaxtının bir qədər sonra elan ediləcəyini söyləyib.
Nihat