10:58 25.06.2021 805

Həvəskar döyüşçülər üçün “IFL Grand Prix” turniri başlayır

Beynəlxalq Döyüş Liqası (IFL - "International Fighting League”) və Azərbaycan MMA Federasiyası həvəskar döyüşçülər üçün qarışıq döyüş növləri üzrə "IFL Grand Prix” turnirini elan edir! 

Layihənin keçirilməsində məqsəd həvəskar və potensiallı döyüşçülər üçün meydan yaratmaq, eyni zamanda, onlara mənəvi və peşəkar dəstək göstərməkdir. 

Yalnız 32 döyüşçünün iştirak edə biləcəyi turnir olimpiya sistemi əsasında keçiriləcək. Döyüşlər  1/16, 1/8, 1/4, 1/2 və final döyüşündən ibarətdir. 
"IFL Grand Prix”də iştirak edəcək 32 döyüşçüdən yalnız 1 nəfər qalib olacaq. Qalib Beynəlxalq Döyüş Liqası ilə müqavilə bağlayacaq.

Qalibə, eyni zamanda, təşkilatçılar tərəfindən pul mükafatı və digər dəyərli hədiyyələr təqdim olunacaq.

"IFL Grand Prix”də iştirak üçün qeydiyyata iyunun 24-də start veriləcək. Qeydiyyat iyulun 8-dək davam edəcək. 
Özünə, döyüşünə güvənən və yüngül çəki dərəcəsində (66-70 kq) təmsil olunan həvəskar döyüşçülər www.grandprix.ifl.az saytında qeydiyyatdan keçərək, mübarizəyə qoşulmaq şansı əldə edə bilərlər. İştirakçıların seçimi Təşkilat Komitəsi tərəfindən aparılacaq.

Qeyd edək ki, "IFL Grand Prix” turniri IFL təşkilatının təşəbbüsü və "SMG” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Turnirin yayım dəstəkçisi isə "CBC Sport” kanalıdır.

Mövcud pandemiya vəziyyəti ilə əlaqədar karantin rejimini nəzərə alaraq avqust ayında təşkil olunacaq turnirin tamaşaçısız keçirilməsi planlaşdırılır.
Döyüşlər turnirin yayım dəstəkçisi olan "CBC Sport” kanalında canlı yayımlanacaq. Tamaşaçılar döyüşləri IFL-in sosial şəbəkələrində video formatda da izləyə biləcəklər. Turnir haqqında ətraflı məlumat almaq və döyüşləri izləmək üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz: 

 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

09:00

MPL: "Sabah" "Şamaxı"ya qarşı - YENİLƏNİR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

21:15

ÇL-də həftənin rəmzi komandası bilindi - "Arsenal"dan heç kim yoxdur

20:42

Birinci Liqa: "Qəbələ"dən inamlı, "Difai"dən əzmkar qələbə

20:07

Valverde geridönüşə inanır: "Biz finalın biraddımlığındayıq"

19:43

Azərbaycanın veteran ağırlıqqaldıranları 2 qızıl, 2 gümüş medal qazandılar

19:20

"Onlara Avropa Liqasının qalibi olaraq təşəkkür etmək istəyirik, amma..." - Ruben Amorim

18:51

22 yaşlı hücumçu İngiltərə nəhənginə keçməyə yaxındır - Təklif göndərildi

18:06

"Xankəndi" yarımfinala darmadağınla yüksəldi

17:44

"PSJ neytral azarkeşlərin də könlünü fəth edib" - Ouen Harqrivz

17:28

AFFA-nın vitse-prezidenti 1-ci Liqanın oyununda - FOTO

17:19

AFFA-nın Lisenziya Komissiyası 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

17:01

AFFA "Qəbələ", "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına rəsmən icazə verdi

16:43

"Cavid İmamverdiyevlə rəqabətdə olmaq çox xoşdur" - 2-ci Liqanın "Şəmkir"li bombardiri

16:27

Azərbaycan çempionatının bürünc medalçısı 6 oyunçusu ilə vidalaşdı

16:09

Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

15:52

1/4 finalın cavab oyunlarının nəticələri bilindi

15:35

"Qızıl top"a namizədlərin siyahısında dəyikiklik oldu - PSJ-nin 2 oyunçusu...

15:16

"Arsenal"ın yarımfinal kabusu davam edir

14:58

Avropa Kubokunda 19 cüdoçumuz içtirak edəcək

14:40

"Arteta ilə qətiyyən razı deyiləm" - Luis Enrike

Facebookdan bizi izləməyi unutmayın.
X