15:43 26.12.2019 1066

Naxçıvan Futbol Federasiyası qısa vaxtda nələrə nail olub?

Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu gün diyarımızda idmanın inkişafına, yeni idmançı nəslinin yetişdirilməsinə, idman infrastrukturunun yaxşılaşdırılmasına, müasir idman komplekslərinin tikintisinə, dünya və Avropa miqyaslı yarışlarda idmançılarımızın böyük uğurlar qazanmasına xidmət edən zəruri tədbirlərin görülməsinə dair sərəncamlar imzalanır, məqsədyönlü tədbirlər həyata keçirilir. Təbii ki, planetimizin ən mötəbər idman növü hesab edilən futbol da  bu qayğıdan kənarda qalmır. 

Keçirilən müşavirədə verilən tapşırıqlar və...

Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən nazirlik və dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulmuşdu. Əsas vəzifə Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin üzərinə düşsə də, Futbol Federasiyası, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon İcra hakimiyyətləri üçün də konkret tapşırıqlar müəyyənləşdirilmişdi. Muxtar respublikada bütün idman növlərinin inkişaf etdirilməsi, müxtəlif növlər üzrə muxtar respublika birinciliklərinin keçirilməsi, ölkə və beynəlxalq səviyyəli yarışların təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda yerlərdə stadionların yenidən qurulması işinin davam etdirilməsi, yaradılan idman infrastrukturunun qorunması və ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarətin gücləndirilməsi, ümumilikdə, qarşıya qoyulan vəzifələr idi.

Verilən tapşırıqlardan da göründüyü kimi, muxtar respublikada idmanın inkişafı üçün zəruri məqamlar nəzərə alınıb. Səbəb isə bütün idman növlərinin sağlamlığa xidmət etməsi və asudə vaxtın səmərəli təşkilindəki roludur. Elə əhalinin bütün yaş qruplarının futbola olan marağının artırılması da bu zərurətdən irəli gəlir.

… federasiyanın atdığı ilk addım

Artıq yekunlaşmaqda olan 2019-cu il Naxçıvan Futbol Federasiyasının tarixinə də əlamətdar hadisələrlə yazılıb. Federasiyada struktur dəyişikliyi bu idman növünə olan marağı muxtar respublikada birə-beş artırdı. İlk olaraq federasiyaya işin düzgün təşkili üçün bu sahəni dərindən bilən mütəxəssislər cəlb olundu. Futbolun inkişaf etdirilməsinin vacibliyini 3 istiqamət üzrə müəyyənləşdirildi: kütləvilik, infrastruktur və futbol təhsili.

Federasiya muxtar respublikada idmanın digər növləri kimi, futbolun da inkişafına göstərilən hərtərəfli dövlət qayğısından, yaradılan şəraitdən səmərəli istifadə etmək vəzifəsini layiqincə yerinə yetirmək üçün əsas prioritet istiqamətləri müəyyənləşdirdi. Futbol sahəsində yerli mütəxəssislər hazırlamaq, uşaq və yeniyetmələri yeni təşkil olunan məşqlərə dəvət etmək, ehtiyat futbolçu bazası yaratmaq, maarifçilik, təbliğat işini gücləndirmək həmin prioritet məsələlərə daxil idi.

Beşillik inkişaf proqramı

Hazırda muxtar respublikanın şəhər və rayonlarında futbol bazalarının vəziyyəti, onların maddi-texniki təchizatlarının yüksək səviyyədə olması, məktəblərdə stadion­ların yaradılması, kəndlərdə yeni stadionların tikilməsi futbolun inkişafına, futbolçu ehtiyatının formalaşmasına zəmin hazırlayır. Diyarımızda idmanın bu növünün kütləvi inkişafı, uşaq, yeniyetmə və gənclər arasında onun təbliği, beynəlxalq səviyyəli futbolçuların hazırlanması məqsədilə federasiya 5 il (2019-2024) üçün proqram tərtib edib. Bu proqrama əsasən qarşıdakı ən böyük məqsəd muxtar respublikada uşaq futbolu üzrə liqanın keçirilməsinin təməlini qoymaq, eyni zamanda böyüklər arasında çempionat, kəndlər arasında isə həvəskar çempionatların təşkilidir. Buna müəyyən qədər nail olunub. Həmçinin məktəb komandalarının muxtar respublika birinciliyi, dövlət idarələri və könüllü komandalar arasında da Naxçıvan Futzal Liqası keçirilir.

Proqrama əsasən hakimlərin təlim-məşq toplanışları aparılır, beynəlxalq dərəcəli hakimlər kurslar və seminarlar keçmək üçün muxtar respublikaya dəvət olunurlar. Növbəti il üçün isə əsas hədəf uşaq futbolunda yaşlar üzrə keçirilən liqaların sayının artırılması, muxtar respublikanın əsas komandasının Azərbaycan çempionatında çıxışına nail olmaq və əvəzedici komandanın yaradılmasıdır.

Proqramın növbəti ilində əsas komanda ölkə birinciliyində çıxışını davam etdirməlidir. Digər mövsümlə müqayisədə əsas hədəf çempionatı ilk 3 pillədə başa vurmaq və qarşıdakı ili yüksək dəstədə keçirməkdir. Muxtar respublikanı təmsil edən uşaq komandalarından ən azı biri ölkə birinciliyində mükafat qazanmalı, digər yaş qruplarında çıxış edənlər Azərbaycanın milli komandalarına cəlb olunmalıdır.
 


Plana əsasən proqramın son iki ilində futbolçuların daha çox beynəlxalq turnirlərdə iştirakı, uşaq komandalarının ölkə birinciliklərində mübarizəsi öz əksini tapıb.

Proqram cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin aşılanmasına, muxtar respublikada futbolun məhəlli və regional inkişafına, bu idman növü ilə məşğul olacaq uşaq, yeniyetmə və gənclərin sayının artmasına, onların bu idmana cəlbinə, beynəlxalq arenada Naxçıvan Muxtar Respublikasının təmsil edilməsinə və beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanmasına nail olmaq məqsədi daşıyır.

Bəhrəsini verən işlər

İşini günün tələblərinə uyğun şəkildə quran federasiya ilk yığıncağında prioritet məsələnin uşaq futbolu olduğunu məşqçilərin və futbol ictimaiyyətinin diqqətinə çatdırdı. Uşaqların futbol biliklərinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birlikdə təcrübəli məşqçilər muxtar respublikamıza dəvət olundu. "Araz-Naxçıvan”ın "sükanı arxası”na gətirilən Əsgər Abdullayev eyni zamanda federasiyanın böyük məşqçisi təyin edildi. Təyinatdan sonra Əsgər Abdullayev muxtar respublikanın şəhər və rayon komandalarında futbolçular və məşqçilər üçün məşqlər keçməyə başladı. Seçimlərdən öncə Naxçıvanın 13-14 yaşlı futbolçularından ibarət yığma komandası formalaşdırıldı, ardınca onların təlim-məşq toplanışı keçirildi. Səbəb isə ilk dəfə olaraq 13-14 yaşlı futbolçular arasında beynəlxalq turnirin təşkili idi.

Şəhər və rayonlarda əsas komandaların formalaşması yönündə də işlər davam etdirildi və növbəti muxtar respublika çempionatı təşkil olundu. Uşaq futbolunda isə köklü dəyişikliklər qazanılan uğurlarda öz bəhrəsini göstərdi. İlk dəfə olaraq keçiriləcək U-10 – U-14 yaşlı futbolçular arasında Naxçıvan Muxtar Respublika çempionatlarında çıxış edəcək komandalar rəsmi olaraq AFFA-nın (UEFA-nın reqlamentinə əsasən) qeydiyyatından keçdi. Region Liqasında mübarizə aparan böyüklərdən ibarət komandalara da eyni proses tətbiq olundu. Futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradıldı və bu proses uğurla davam etdirilir. Bir il öncə bu sistemdə qeydiyyata alınanların sayı 200-ə yaxın olduğu halda, indi Naxçıvan "futbol ailəsi”nin qeydiyyatdan keçmiş üzvlərinin sayı mindən çoxdur. AFFA diyarımızda kütləvi futbolla bağlı çoxsaylı tədbirləri yüksək qiymətləndirərək mütəmadi olaraq Naxçıvan Futbol Federasiyası ilə birgə layihələr həyata keçirir. Bu sırada futbolun təbliğatının da xüsusi əhəmiyyəti var. Yaxın günlərdə federasiyanın yeni internet saytı da fəaliyyətə başlayacaq.

Futbol Federasiyasının prioritet məsələlərindən olan kütləvilik bu gün özünü müsbət yöndə göstərməkdədir. İlk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasında 24 komandanın mübarizə aparması federasiyanın təbliğat işindən xəbər verir.

Proqrama əsasən futbol hakimlərinin yetişdirilməsi sahəsində mühüm işlər görülüb. Hazırda federasiyada 30-a yaxın ədalət təmsilçisi fəaliyyət göstərir ki, bu da muxtar respublikada gənclərin işlə təmin olunması baxımından mühüm addımdır. Hakimlərin nəzəri və praktik biliklərini artırmaq məqsədilə hər həftənin şənbə və bazar günləri AFFA-nın Hakimlər Komitəsinin üzvü olan beynəlxalq dərəcəli referilər Naxçıvana səfər edir, təlimlər, seminarlar keçirirlər.
 


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri avstriyalı Fritz Stuxlikin hakimlər üçün seminar keçmək məqsədilə muxtar respublikamıza səfərinin təşkili isə Naxçıvanda bu idman növünün inkişafına dövlət qayğısının növbəti ifadəsidir.

Futbolda təhsilin əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə də bir çox işlər görülüb. Orta məktəblərdə idman müəllimləri üçün yerli federasiya, Təhsil Nazirliyi və AFFA tərəfindən "D” lisenziyası verən kurs təşkil olunub. Kursda 30 məşqçi-müəllim iştirak edib. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) uşaq futbolu ilə bağlı layihəsi – "Grassroots” proqramına əsasən ölkə ərazisində "kütləvi futbol həftəsi” və eyni zamanda proqrama daxil olan "Futboldan həzz al!” layihəsinin Naxçıvanda reallaşması da böyük futbol bayramına çevrildi.

İstedadlı futbolçuların yetişdirilməsi prosesində infrastrukturun özünəməxsus rolu var. Daha dəqiq ifadə etsək, müasir standartlara cavab verən meydança olmadan güclü futbolçunu da yetişdirmək mümkün deyil. Bunlar nəzərə alınaraq muxtar respublikamızın hər bir yerində, ilk növbədə, yeni stadionlar inşa olunur, köhnələri isə bərpa edilir. Məktəblərdə futbolun təbliğinin aparılması üçün istedadlı uşaqlar şəhər və rayonlarda təşkil edilən məşqlərə dəvət olunurlar.

Nəticə

Futbol özündə insanların sevdiyi bir çox şeyləri birləşdirir: ayaqlarla bərabər intellektin çalışmasını, hər oyunda yeniliklərlə qarşılaşmanı, strateji düşüncəni, taktiki-texniki gedişatı, qalib və məğlub olmaq hissini... Futbol hər zaman ona diqqət və qayğı ilə yanaşılmağı sevir. Muxtar respublikamızda idmanın bu növünün inkişafı istiqamətində uğurlu idman siyasətinin həyata keçirilməsi ilə daha böyük nailiyyətlər əldə ediləcək zamanın uzaqda olmadığını deyə bilərik...

Elvin Məmmədov
Oxşar xəbərlər

Xəbər lenti

03 İyun 2020
13:01

"Barsa"da fikir ayrılığı: Futbolçular maaşların azaldılmasına qarşıdılar

12:53

"Ekzklüziv yayım hüququmuzu başqa telekanalla paylaşmayacağıq"

12:36

Van Deyk 20 yaşında ölümdən dönüb: "Vəsiyyətimi yazırdım..."

12:25

"Sumqayıt" 2 yoxlama oyunu keçirəcək

12:10

Çimərlikdə futbol oynadı, sosial məsafə qaydalarını pozdu - FOTO

11:54

Azərbaycanlı hakimlər vebinara qatıldılar

11:52

"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

11:47

Azərbaycanın millisinin sabiq üzvü Avropadan vətənə qayıda bilmir - FOTOLAR

11:40

"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

11:36

Özbaşınalıq və iqtisadi sabotaj

11:10

"Arsenal"ın futbolçusu PSJ-nin "radar"ında

11:00

Pərvin Abıyeva canlı efirdə 25 kiloqramlıq ştanqla məşq etdi - VİDEO

10:52

Maksim Medvedev: "Oyunlarımızda 25 dəqiqədən bir su fasiləsi olacaq"

10:30

Messi də "Black lives matter" hərəkatına dəstək verdi

10:05

Premyer Liqanın ən sərt futbolçuları - SIRALAMA

09:36

"Sumqayıt"da ayrılıq - ÖZƏL

09:30

Premyer Liqa klublarının yoldaşlıq görüşü keçirmələrinə icazə verildi

09:00

İtaliya A Seriyasının formatı dəyişdirilə bilər

08:20

Asiyanın ən gözəl voleybolçusu bu qızdı - FOTOLAR

00:27

UEFA Corc Floydun ölümünə reaksiya verdi

02 İyun 2020
23:37

Makqreqor ölü həşəratları necə yediyini göstərdi - VİDEO

22:15

Anar Cəfərsoy sağaldı

19:55

Bundesliqada vurulan ən yaxşı əks-hücum qolları - VİDEO

19:20

UFC 250-nin tam döyüş kartı açıqlandı

18:45

"Liverpul" hələ çempion deyil" - Klopp

18:27

Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə dəvət aldı

18:10

"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi

17:38

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

17:11

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

16:43

"Qarabağ" bir həftə sonra oyuna çıxacaq - ÖZƏL

16:40

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

16:23

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

16:21

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

15:48

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

15:38

Elxan Məmmədovun şifrəli nitqinə sözardı

15:17

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

15:06

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

14:53

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

14:31

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

13:43

"Neftçi"də daha bir müqavilə - RƏSMİ

13:41

Formula 1: Mövsümün ilk yarışlarının harada və nə vaxt keçiriləcəyi müəyyənləşdi

13:22

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

13:08

Ceydon Sanço Corc Floyda dəstək olduğu üçün cəzalandırılıb? - AÇIQLAMA

12:42

"Hisslərimiz bitmişdi, ayrıldıq" - FOTOLAR

12:38

Emil Balayev Azərbaycandan gedir - ÖZƏL

12:37

"Barselona"nın 5 futbolçusu koronavirusa yoluxubmuş

12:21

Bizi gözləyən aqibət: Leş bir yana, baş bir yana

11:46

Emin Mahmudov: "Arxayınlaşmağa haqqımız yoxdu"

11:45

"İnter" Lautaronun əvəzedicisini tapıb - "Arsenal"da

11:20

Azərbaycan Premyer Liqasında klub sayı artırılmayacaq - AÇIQLAMA

11:15

"Barselona" Lautaro Martineslə anlaşdı

10:30

Xanımı ilə zombi kimi davranır - Ulduz futbolçu depressiyaya düşüb

10:19

İtaliya A Seriyası qayıdır: Təqvim açıqlandı

10:05

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

09:30

Meyvezerdən örnək addım: Corc Floydun dəfn xərclərini ödəyəcək

09:26

"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir

09:00

"Layptsiq" 3 xalı 4 qolla qazandı - VİDEO

08:20

Ukraynanın ən cazibədar futbolçusu - FOTOLAR

00:56

"Geryenin əvəzinə daha güclüsü, daha sərfəlisi gələcək"

00:16

Bundesliqa: 6 qol vuruldu, "Layptsiq" qazandı

01 İyun 2020
23:30

AFFA millinin baş məşqçi postuna namizədlərlə danışıqları bərpa etdi

22:00

"Qəbələ" çempion oldu, avrokuboka vəsiqə qazandı

20:50

Emin Mahmudov: "Karyeramın sonuna qədər "Neftçi"də qalmaq istərdim"

20:25

Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

20:04

"Qarabağ" belə başladı - FOTOLAR

19:10

"Barselona"dan ayrılmağa hazırdı - "Siti"də oynamaq istəyir

18:15

Bundesliqada tura yekun vurulur: "Layptsiq" "Köln" səfərində

17:36

Poqba PSJ-yə keçə bilər

17:10

Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

16:36

"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

Facebookdan bizi izləməyi unutmayın.