14:34 12.05.2021 351

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm"

"Neftçi" klubunun mərakeşli yarımmüdafiəçisi Sabir Buqrin klub televiziyasında yayımlanan "Piramida" verilişində sualları cavablandırıb.
 
- Cari mövsümlə bağlı nə düşünürsünüz?
- Düşünürəm ki, çox yaxşı mövsüm keçiririk. Düzdür, bir qədər yaxşı başlamadıq. Amma daha sonra bizdə baş məşqçi dəyişikliyi oldu və hər şey yüksəlişə doğru dəyişdi. Fikrimcə, yaxşı mənada nələrsə edə bilərik və görəcəyik.

- İlk gəldiyiniz vaxt əsas heyətə düşməkdə çətinlik çəkirdiniz...
- Hazırda üslub fərqi var. Əvvəllər indiki kimi oynamırdıq. Həmin vaxt daha çox müdafiə barədə düşünürdük. Samir Abasov isə daha çox hücum futbolu təlqin edir. Bu isə mənim üçün daha rahatdır. Mən bu formada oyunu daha rahat görürəm. Digər tərəfdən, əvvəllər tək 10 nömrə kimi çıxış edir və çox qaçmalı olurdum. Buna görə çox da effektiv ola bilmirdim. İndi isə Emin Mahmudov və Mamadu Kane ilə birlikdə 8 nömrə kimi oynayıram. Bu, mənə daha rahatdır və adıçəkilən sistemdə özümü yaxşı hiss edirəm.

- "Neftçi"də ilk rəsmi matçınızı Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"sinə qarşı keçirdiniz və qol vurdunuz. Həmin oyun barədə təəssüratlarınız necədir?
- Bu, çox möhtəşəm hissdir. Kollektiv qapanmışdı. Vurduğum qol komandama çox kömək etdi və gözəl tamaşa alındı. Olduqca xoşbəxt idim.

- Azərbaycanca hansı sözləri bilirsiniz?
- Demək olar ki, bilmirəm. Yalnız ərəb mənşəli "salam əleyküm", "maşallah", "əlhəmdülillah", "necəsən" sözlərini və bəzi pis sözləri başa düşürəm. Bunları səsləndirmək isə yaxşı çıxmaz.

- "Neftçi"də kiminlə oyununuz daha yaxşı alınır?
- Ən yaxın komanda yoldaşlarım Stiven Monroz və Voislav Stankoviçdir. Çünki biz daim bir yerdəyik, eyni otaqda oluruq. Amma ümumilikdə bütün komanda bir ailə kimidir. Hamı bir-biri ilə yaxşı münasibətdədir.

- Digər komanda yoldaşlarınız Mamadu Kaneni fərqləndirirlər. Doğrudanmı o, şən oyunçudur?
- Bəli, Kane çox əyləncəlidir. Bu komandada hamı dəlidir. Hamının bir problemi var. Stankoviç də, Monroz da, bütün komanda əyləncəlidir. Lakin qapanmağımız bizi güclü edir. Güləndə də, ağlayanda da, oynayanda da bunu birgə edirik.

- Lüksemburq "Düdelanj"ının heyətində çıxış etdiyiniz vaxt "Qarabağ"a qol vurmuşdunuz. İndiki ilə əvvəlki "Qarabağ" arasındakı fərq nədədir?
- İndiki "Qarabağ" əvvəlki deyil. Amma nə pisdir, nə də yaxşı. Üslubları bərabərdir. "Qarabağ" çox güclüdür, lakin biz çempion olmaq istəyirik.

- Lüksemburqla Azərbaycan futbolunun oxşar və fərqli cəhətləri nədədir?
- Çox böyük fərq var. Azərbaycan Lüksemburqa nisbətən daha yaxşı liqaya malikdir.

- Qısa vaxt ərzində "Neftçi" azarkeşlərinin sevgisini qazanmısınız. Bunu özünüz hiss edə bilirsiniz?
- Bəli. Bəzən yazılan şərhləri oxuyuram. Bu, məni daha da təvazökar edir, yaxşı mənada dəyişdirir. Görürəm ki, məni "ikinci Flavinyo" adlandırırlar. Bunu çox bəyənirəm. Öz işimi görürəm. Yaxşı oyun sərgiləyərək, komandamız naminə qələbələr qazanmalıyıq.

- Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşdınız. Həmyerliniz Yunes Belhandaya qarşı oynamaq necə hiss idi?
- Bu, möhtəşəm idi. Çünki hələ balaca olduğum vaxt Belhandanın Mərakeş millisində oyununu izləyirdim. Ona qarşı oynamaq mənim üçün inanılmaz alındı.

- Keysuke Hondanı bir komanda yoldaşı kimi necə dəyərləndirirsiniz?
- Honda çox böyük oyunçudur. Həmçinin təvazökardır. Komandaya çox taktiki, həm də motivasiya baxımından böyük köməyi dəyir. Kollektivə demək olar ki, yalnız pozitiv rəng qatır. Ümidvaram ki, çempion olmaqda da bizə böyük köməyi dəyəcək və bunu tezliklə görəcəyik.

- Mərakeşin U-23 yığmasına dəvət alsanız da, əsas milliyədək yüksələ bilməmisiniz. Bunun səbəbi nədədir?
- Çünki bizim dövrün daha yaxşı oyunçuları var idi. Onlar böyük komandalarda çıxış edirlər. Məsələn, mənim mövqeyimdəki Amin Arit Almaniya "Şalke"sinin formasını geyinir. Bu cür yaxşı kollektivlərdə oynayanlar çox olduğundan, mən əsas millidə forma geyinə bilməmişəm. Fərq budur. Ümidvaram ki, mən də millidə oynayacağam.

- Lüksemburq, Belçika, Fransa və Azərbaycan çempionatlarında çıxış etmisiniz. Hansı asan, hansı çətin liqa idi.
- Ən asanı Lüksemburq, ən çətini isə yəqin ki, Fransa. Fransada fiziki mübarizə çoxdur, güclü oyunçular var. Orada hətta Liqa 2-də oynamaq çətindir. Texniki baxımdan, Azərbaycan və Belçika liqaları eynidir. Fiziki cəhətdən Fransa öndədir.

- Bu mövsüm "Neftçi"də hədəfiniz nədir?
- Yalnız çempionluq. Tək hədəfimiz budur. Hər şey etmək mümkündür. Bütün oyunlar bizim üçün final kimidir.

- Ən unuda bilmədiyiniz qol hansıdır?
- Düşünürəm ki, "Səbail"ə səfər matçında hesab 1:1 olarkən, vurduğum qol daha yaddaqalan oldu. Bu, çox vacib idi. Çünki penaltidən top buraxaraq hesabda geri düşmüşdük. İkinci hissəyədək mütləq fərqlənməli idik. Vurduğum qol komandama böyük fayda verdi və nəticədə qalib gəldik.

- Komanda ilə birgə oyun və ya məşq zamanı gülməli, yaddaqalan hadisəni xatırlayırsınız?
- Xeyr. Düşünürəm ki, bu mövsüm biz yalnız ciddi olmuşuq. Çempionluq barədə düşündüyümüz üçün qapanmışıq. Zarafat üçün vaxt yoxdur. Oyundan sonra növbəti görüş barədə düşünürük.

- Oynamağı arzuladığınız ölkə və ya çempionat varmı?
- Arzuladığım çempionat İspaniya La Liqasıdır. Ora texniki cəhətdən ən bəyəndiyim futbol ölkəsidir. Ən bəyəndiyim komanda isə "Barselona"dır. Çünki mən futbolu öyrənəndən Xavinin, Andres İnyestanın oyunlarına baxmışam. Onların çıxışları məndə müəyyən təəssüratlar yaradıb. Belçikada futbol akademiyasında çıxış etdiyim vaxt hər şeyi "Barselona" oyunçularından götürürdüm. Həmin dövrdə Kataloniya komandası demək olar ki, bütün turnirlərdə qalib gəlirdi. Xavi və İnyesta kimi dönməyi, Lionel Messi və Pedro Rodriges kimi qaçmağı izləyib əxz edirdik.

- Oyun üslubunuz da onlara bənzəyir...
- Bəli, həmin üslub əsasında qurulub. Hər şeyi onlardan öyrənmişəm. Çalışıram ki, elə olsun. Onlar çox üst səviyyədədirlər.

- Sizi Azərbaycan millisinə dəvət etsələr, nə düşünərsiniz?
- Mərakeş yığmasına çağırmasalar və mən 5 il Azərbaycanda oynasam, niyə də yox?! Burada özümü evimdəki kimi hiss edirəm, turist və ya xarici vətəndaş kimi görmürəm.
 
Tərcümə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2021
00:16

AÇ-2020: Rusiya uduzur, Finlandiya - Belçika matçında qol yoxdu - YENİLƏNİR

21 İyun 2021
22:53

De Byazi "Neftçi"nin "Dinamo"nu keçəcəyinə ümid edir

22:32

Ukrayna - Avstriya matçının ən yaxşısı açıqlandı

21:41

"Neftçi" "Olimpiya" ilə heç-heçə etdi

20:32

"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə, 4 yenilgi, 2 heç-heçə

19:31

Azərbaycanlı futbolçu "Arsenal"da - RƏSMİ

19:07

Ruslan Musayev rəqibini nokauta salıb çempion oldu

18:18

"Mançester Siti"dən 116 milyon avroluq transfer - Rəsmi təklif

18:08

"Qarabağ"ın qapıçısı: "Konfrans Liqası yeni çağırışdı"

17:46

Şahruddin Məhəmmədəliyev: "Qarabağ" mənim ailəmdir"

17:43

Milli üzvləri otelə fahişələr gətirib əyləndilər

17:25

"Neftçi" yeni mövsümün formalarını təqdim etdi - VİDEO

17:11

Donnarumma tibbi yoxlanışdan keçdi

16:50

"Qarabağ"da yeni müqavilə - FOTO

16:09

"Barselona" prezidentindən Superliqa açıqlaması: "Üzr istəməyəcəyik"

15:46

Serxio Ramosun yerinə kim gəlir?

15:03

AVRO-2020: Fransa millisi Dembeleni itirdi

14:42

Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

14:29

Azərbaycan millisi Fransaya qalib gəldi

14:19

Türkiyə millisi Bakını tərk etdi

14:03

Erikseni Çalhanoğlu əvəz edə bilər

13:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:24

"Keşlə"nin transferləri Bakıya gəlir, braziliyalı oyunçunun keçidi alınmadı

12:44

"Barselona" yarımmüdafiəçisini "Marsel"ə satır - SON DURUM

12:37

AVRO-2020: II turun ən gözəl xanım azarkeşləri - FOTOLAR

12:31

Donarumma bu gün tibbi mayinədən keçəcək

12:16

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Nail Kərimov şərh edir

12:03

Millimizin baş məşqçisi "Neftçi"nin yoxlama oyununu izləyəcək

11:33

FIFA prezidenti Tovuzdakı akademiyadan danışdı

11:05

ŞOK İDDİA: Türkiyəli futbolçular və Şenol Güneş arasında gərgin mübahisə

10:54

Çalhanoğlu: "Bu turnir bizə məyusluq gətirdi"

10:41

Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər

10:25

Şenol Güneş istefa ilə bağlı suala ikibaşlı cavab verdi

10:12

Mourinyu Serxio Ramosa zəng etdi

09:52

"Neftçi"nin prezidenti: "Qalatasaray"ın ayağı bizə düşərli oldu"

09:48

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanallarda baxaq?

02:00

AVRO-2020: Bütün nəticələr - YENİLƏNİR

00:41

İtaliya millisi Avropa çempionatlarında ilkə imza atdı

00:03

Türkiyə millisindən antirekordlar

20 İyun 2021
23:28

Şenol Güneş: "Bəzən uğursuzluq daha çox təcrübə qazandırır"

22:36

İsveçrə - Türkiyə matçının ən yaxşı futbolçusu açıqlandı

22:30

Araz Abdullayev Kipr klubuna transfer olundu

22:02

İtaliya - Uels matçının ən yaxşısı bilindi

21:52

AVRO-2020: Türkiyə qrup sonuncusu oldu

21:19

Millimiz tarixində ilk dəfə Avropa çempionudur!

19:55

“Neftçi” Sloveniyada macarlarla qarşılaşacaq

19:43

“Qalatasaray”ın yeni prezidenti baş məşqçinin adını açıqladı - FOTO

19:08

AVRO-2020: İsveçrə - Türkiyə matçının start heyətləri

18:32

İdman həqiqətən insanı cavanlaşdırırmı?

17:19

Canni İnfantino Bakıya gəlir

15:50

Yol polisi Türkiyə -İsveçrə oyunu ilə əlaqədar vətəndaşlara müraciət etdi

15:29

"Ayaks" hücumçusunu 10 milyona satdı - RƏSMİ

15:25

Daha bir idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

15:10

"Qalatasaray"da 5-ci Fatih Terim dönəmi başlayır - Tarix açıqlandı

14:26

Hazar Sankt-Peterburqa niyə aparılmadı?

14:11

"Rusiya müdafiədən oynasa da, qol epizodları yaradacağıq"

13:56

Yannik Vesterqor: "Rusiyanı məğlub edəcəyik"

13:54

"Neymara ona görə azarkeşlik edirəm ki..." - Pele

12:33

Azərbaycan azarkeşləri himnin oxunmasına görə rekord siyahısında ilk onluğa düşdü - FOTO

11:50

Portuqaliyada çempion oldu, "Neftçi"yə keçdi - RƏSMİ

11:29

Əlil Arabasında Qılıncoynatma Federasiyası qazilərlə görüşləri davam etdirir

11:20

Qadın futbolçularla bağlı şok etiraflar - Rus qapıçı danışır

10:32

İdmançını vəhşicəsinə döydülər - Şok görüntülər

10:09

"Sumqayıt"la matçda özümüzü favorit saymıram"

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanllarda baxaq?

01:13

AVRO-2020: Kozlovski rekord müəyyənləşdirdi

00:54

AVRO-2020: Fransa büdrədi, Portuqaliya uduzdu, Polşa İspaniyadan xal aldı

00:37

Avropanın ən məhsuldar milli komandası

00:13

Ronaldu rekordunu yenilədi, Klozeyə şərik oldu

Facebookdan bizi izləməyi unutmayın.