16:13 02.03.2020 471

NHK World telekanalı “Tokio-2020” üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb

Yaponiyanın NHK World telekanalı "Tokio-2020” Olimpiya və Paralimpiya oyunları üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb.


Fanat.Az AZƏRTAC-a istinadən xəbər verir ki, süjetdə Azərbaycanın coğrafi mövqeyi, zəngin mədəniyyəti, sürətli inkişafı barədə məlumat verilib. Neft və qaz ehtiyatları ilə zəngin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı xüsusi qeyd edilib. Bildirilib ki, "Imagine One World – Kimono Project” layihəsi çərçivəsində "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının iştirakçı ölkəsi kimi Azərbaycan kimonosu da hazırlanıb. Layihənin iştirakçılarından tanınmış kimono ustası 76 yaşlı dizayner Akehiro Morikava haqqında ətraflı məlumatın verildiyi süjetdə Azərbaycan kimonosu üzərində işin uzun müddət davam etdiyi, ölkəmizin Yaponiyadakı səfirliyi və diaspor fəalları ilə müzakirələr aparıldığı qeyd olunub. Azərbaycanın milli ornamentlərinin əks edildiyi kimononun hazırlanması ilə əlaqədar layihənin nümayəndələri dəfələrlə səfirlikdə olub, müvəqqəti işlər vəkili Fərid Talıbov ilə kimononun layihəsi barədə fikir mübadiləsi aparıblar. Həmin görüşlərdə verilən tövsiyələr əsasında Azərbaycana həsr olunan kimono hazırlanıb. Kimono üçün kəmər – obi isə Kioto şəhərində fəaliyyət göstərən "Shiko Co.Ltd” şirkəti tərəfindən düzəldilib.


Bildirilib ki, layihənin əsas məqsədi yapon mədəniyyətinin ənənələrini bütün dünyaya təqdim etmək, "Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarına qatılacaq ölkələrin Yaponiyada təşviqi, ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Azərbaycan kimonosunun hazırlanmasının sponsoru isə Osaka şəhərində fəaliyyət göstərən "Sakae Unyu Kogyo Co.Ltd” daşıma şirkətidir.


Süjetdə F.Talıbov bildirib ki, Azərbaycan kimonosu ölkəmizin müasir inkişafı və mədəni ənənələri nəzərə alınaraq hazırlanıb. Kimonoda dövlət bayrağının rəngləri, milli atributlar kimi tanınan nar və buta, Bakının rəmzinə çevrilmiş "Alov qüllələri” əksini tapıb. Kimononun hazırlanmasında əsas məqsəd ölkəmizin zəngin mədəniyyətinin və müasir gözəlliyinin Yaponiyada daha geniş tanıdılmasıdır.


F.Talıbov kimonoda yer almış təsvirlər haqqında ətraflı məlumat verib və kimono layihəsinin üzvlərinə, xüsusən də layihənin dizayneri Akehiro Morikavaya bu cür gözəl sənət əsərinə görə minnətdarlığını bildirib.


Layihənin dizayneri, tanınmış kimono ustası Akehiro Morikava da öz növbəsində layihənin reallaşmasında, Azərbaycan üçün hazırlanmış kimononun milli cəhətlər nəzərə alınaraq hazırlanmasında göstərilən köməyə görə səfirliyə və Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan kimonosu məhz bu əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində çox gözəl alınıb.


Süjetdə Azərbaycan kimonosunun hazırda Tokioda yaşayan həmyerlimiz Səidə Hacı tərəfindən təqdim edildiyi kadrlara da geniş yer verilib.

 

Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2020
18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:29

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:42

Çempionlar Liqası cavab oyunları ilə bərpa olunur - YENİLƏNİR

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

16:52

Sançesin “İnter”ə keçidi rəsmiləşdi

16:25

"Fənərbağça"dan yeni transfer - 4 illik müqavilə imzalandı

15:58

Dördqat dünya çempionu yeni komandada

15:05

"Kim oyunçu axtarırsa..." - Moytsa Pene

14:46

Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək

14:17

Azərbaycan klubu avrokuboklarda iştirakdan imtina etdi

13:53

"Zirə"dən ayrılan legioner Azərbaycanı tərk edə bilmir

13:32

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

13:11

Avropa Liqası: 1/8 final mərhələsinə yekun vurulur

12:55

Futbol federasiyasının prezidenti koronavirusdan öldü

12:30

Azərbaycan klubu ispaniyalı məşqçi ilə anlaşdı

12:16

Paytaxt klubu satıldı - 591 milyon avroya

11:59

Sumqayıtda sökülən stadion necə olacaq? - FOTOLAR

11:44

UEFA-dan Azərbaycan klublarına məktub: 40 min verib, şərt qoydular - ÖZƏL

11:30

UEFA reytinqi: Azərbaycan yerində sayır

11:18

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

11:10

"Qalatasaray"a geri dönən Arda Turan: "Çox xoşbəxtəm"

10:50

98 yaşlı klub müflis olub dağıldı

10:29

"Qarabağ" "Keşlə"ni peşman etdi

10:01

"Mançester Yunayted" rəqibini belə üstələdi - VİDEO

09:45

Alman klubu "Şaxtyor"la bacarmadı - VİDEO

09:21

"İnter"dən qələbə - VİDEO

09:00

"Başakşəhər" Avropa Liqası ilə vidalaşdı - VİDEO

00:50

AL: "Kopenhagen" "Başakşəhər"i darmadağınla keçdi

00:40

Rəşad Sadıqova ağır itki

05 Avqust 2020
21:35

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

20:40

Avroliqa yeni mövsüm ərəfəsində iki turnir keçirəcək

19:25

US Open: Cokoviç iştirakçılar siyahısında, Nadal və Vavrinka olmayacaq

18:30

"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında

18:25

"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı

18:20

"Sumqayıt" yenidən Qəbələyə üz tutacaq

18:17

Portuqaliya çempionatı bu tarixdə başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.