15:35 03.03.2020 879

Nigeriyanın kasıb məhəllələrindən "zirvə"yə - "Mançester Yunayted"in yeni hücumçusunun həyat hekayəsi

"Mançester Yunayted"in yeni hücumçusu Odion İqalo ötən həftə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Brüqqe" ilə oynanılan matçda "qırmızı şeytanlar"ın forması ilə ilk qoluna imza atdı. Nigeriyalı futbolçu debüt qolunu dekabr ayında dünyasını dəyişən bacısına həsr etdi: əlləri ilə səmanı göstərdi, formasını qaldırdı və orada Mari Atolenin şəkli var idi.
 
İqalonun bacısı Marinin 43 yaşı var idi. Qardaşı kimi, o da uşaq yaşlarından etibarən "Mançester Yunayted"ə azarkeşlik edirdi. İqalo bacısı haqda danışarkən emosiyalarını cilovlaya bilməmişdi: "Bacımın həmişəlik aramızdan ayrılması və onu bir də görə bilməyəcəyimi bilmək ürəyimi ağrıdır. Bəzən tək olanda onu xatırlayıram və ürəyimə sanki ox batır. Əkiz bacım Akhere arada mənə zəng edir, Mari barədə danışır, onun üçün darıxdığını deyir və ağlayır. Mən də tək olanda onu düşünüb göz yaşı tökürəm. Çox ağır itkidi, amma bir kişi olaraq güclü olmağa çalışıram. Mən "Mançester Yunayted"də oynayıram, o isə bunu görə bilmir. Hərçənd onun yuxarıdan məni izlədiyini bilirəm".
 

 
Bu gün İqalonun Nigeriyanın kasıb məhəllələrindən sevimli klubu "Mançester Yunayted"ə qədər olan "yol"una nəzər salacağıq. Bunun üçün ilk növbədə Ovolabi Oludare Piterin "köməy"inə ehtiyacımız olacaq. O, Odionun həm vəkilidi, həm də ona məxsus kimsəsizlər evinə rəhbərlik edir: "Odionun hekayəsini daha yaxşı başa düşmək üçün zamanı bir az geri çəkməliyik. Əvvəlcə, bildiyiniz, böyüdüyünüz rahat dünya barədə düşünün. İndi isə bunun tamamilə əksini xəyal edin. Kənddə, Ayequnledəki gettoda yaşayırdıq. İşığımız, qazımız, əyləncə imkanlarımız yox idi. Hə, bir tərəfdən də içməli su problemi... Keçmiş və indiki İqalo arasındakı yeganə bənzərliyin nə olduğunu bilirsiz? O, uşaq olanda da "Mançester Yunayted"in formasını əyninə keçirirdi, indi də..."
 
Qış "transfer pəncərəsi"nin son saatları yaxınlaşdıqca İqalo "Mançester Yunayted"in prioritet hədəfinə çevrildi. Erlinq Holann və Coşua Kinqin transferlərində istənilən nəticəni əldə edə bilməyən "qırmızı şeytanlar" yekunda nigeriyalı futbolçunu icarə əsasında heyətinə qatdı. Son zamanlarda İqalonun adının "Kardiff Siti" və "Aston Villa" kimi, daha aşağı səviyyəli klublarla hallanmasına baxmayaraq, baş məşqçi Ule Qunnar Sulşar transferdən razıdı. İqalo 2019-cu ildə keçirilən Afrika Millətlər Kubokunun bombardiri olmaqla yanaşı, Çində oynadığı müddətdə 31 dəfə fərqlənməyi bacarıb.
 
Görəsən, son iki mövsümü Çin Superliqasında keçirmiş biri yenidən Premyer Liqa futboluna uyğunlaşa biləcəkmi? Həm Çində, həm də "Uotford"da İqalo ilə birlikdə işləmiş məşqçi Kike Sançes Flores suala cavab tapmağa çalışıb: "Əsas problem Çindəki məşqlərlə bağlıdı. Ora ilə İngiltərə eyni deyil. Aradakı fiziki fərqin böyük olması səbəbindən Premyer Liqada oynamaqda çətinlik çəkə bilərmi? Güman ki, tam uyğunlaşması üçün bir aya ehtiyacı olacaq. O, bədənini yaxşı tanıyır, zədələrin qarşısını almaq üçün çalışır və məşqdən sonra əlavə işləyir. Düzü, Çində olanda da, dörd il əvvəlki kimi, eyni cəhdlə və keyfiyyətlə çalışırdı. Düşünürdük ki, Avropanın istənilən yüksək səviyyəli komandasında uğur qazana bilər".
 
İnsayderlərin məlumatına görə, son bir il ərzində "Barselona" İqalonu icarəyə götürməyə cəhd edib. Həmçinin "Tottenhem" də onunla ciddi şəkildə maraqlanırmış. Joze Mourinyu zədəli Harri Keynin boşluğunu nigeriyalı ilə doldurmağa çalışsa da, Deniel Levi keçidə lazımi qədər maliyyə ayırmaqdan imtina edib. Üstəlik, İqalo uşaqlıqdan bəri azarkeşi olduğu "qırmızı şeytanlar"ın formasını geyinmək istəyirdi.
 
Futbolçunun yaxın dostu Antonio Ruizal: "İqalo həmişə "Mançester Yunayted"də oynamağın xəyalını qurub. Bilirəm, futbolda transferi baş tutan hər kəs belə ifadələr işlədir. Mən onun adına çox həyəcanlı idim. Hətta xəbəri eşidəndən sonra yata bilmədim. O, Çindəki evində həmişə "Yunayted"in, həmçinin sabiq komandası "Uotford"un oyunlarını izləyərdi. Bir dəfə birlikdə restorana getdik. 2016-cı ilin yanvar ayı idi. Onda İqalo "Uotford"da çıxış edirdi. "Mançester Yunayted"in baş məşqçisi Lui van Xalın onunla maraqlandığından bəhs etdi. Sonra van Xal klubdan ayrıldı və yerinə Joze Mourinyu gəldi. Təyinat reallaşandan sonra keçid baş tutmadı".
 
Mourinyu o zaman Zlatan İbrahimoviçi komandaya cəlb etmişdi. Amma indi rollar dəyişib: bu dəfə İqalonu sərəncamında görmək istəyən şəxs məhz portuqaliyalı mütəxəssis idi. Etibarlı mənbələrin məlumatına görə, İqalonun Çindəki illik məvacibi təxminən 7 milyon avro təşkil edir və "Yunayted" mövsümün sonuna qədər bu məbləğin böyük hissəsini ödəyəcək. "Tottenhem"in təklifi maddi cəhətdən "Yunayted"inki qədər cəlbedici deyilmiş.
 
İqalo üç menecerlə əməkdaşlıq edir. Aneke onu kəşf edən və gənc yaşlarda Avropa futboluna bəxş edən şəxsdi. Digər iki nəfər isə Ladi Salami və Patrik Bastianellidi. Odionun "mankunyanlar"a keçidi dəqiqləşən kimi ilk olaraq birlikdə restorana gediblər və transferi qeyd ediblər. Əslində, proses heç də asan başa gəlməyib. "Transfer pəncərəsi"nin bağlanmasına iki saat qalmış hələ də cavabsız suallar var imiş. Çində koronavirus təhlükəsinin geniş vüsət alması da "Yunayted"in işini çətinləşdirib. MY oyunçunun yeni mövsüm hazırlıqları çərçivəsində virus riskinin böyük olduğu ərazilərə səyahət edib-etmədiyini dəqiqləşdirməyə çalışıb. Yalnız bundan sonra rəsmi addımlar başlayıb. Aneke: "Cümə günü günorta saatlarında transferin baş tuta biləcəyinə inanmağa başladım. İqalo gecəyə kimi oyaq qaldı. Xəbəri eşidəndə şoka düşdü, amma eyni zamanda, çox sevinirdi. Hər şey qısa müddət ərzində baş verdi. İqalo adi günlərdən birinə oyanmışdı, axşam isə artıq "Mançester Yunayted"lə sənəd işlərini həll edirdik".
 

 
Vətənində - Nigeriyadakı kəndində onun transferini qeyd etmək üçün xüsusi parti keçirilib. Yaxın ailə üzvlərindən biri futbolçunun həyat yolunu belə təsvir edir: "Ayequnlenin küçələrində, ən təhlükəli məhəllələrdən birində böyümək, həqiqətən də, çətindi. Ətrafda cibgirlər dolaşır, təhlükə böyükdü. Getto mühitindən söhbət gedir. Amma o, Allahın lütfü və öz çalışqanlığı sayəsində həyatını dəyişə bildi".
 
İqalo "Mançester Yunayted"də oynayan ilk nigeriyalı futbolçudu. Onun hüquq müdafiəçisi Ovolabi: "Uşaqlıqda gettoda sadəcə bir yer var idi ki, orada peyk antenasından istifadə etmək mümkün idi. 50 nəfər qəfəsvari balaca yerə yığışırdı və Premyer Liqa oyunlarını izləməyə çalışırdı. İqalo həmişə Rayan Giqqz, Endi Koul və Duayt York kimi olmağı arzulayırdı. Heç vaxt düşünməzdik ki, dostlarımızdan birini mavi ekranda "Mançester Yunayted" forması ilə izləmək mümkün olacaq. Onunla bağlı ən gözəl şey doğulub-böyüdüyü yerləri unutmamasıdı. Kimsəsizlər evi ilə bağlı layihəyə birbaşa onun istəyi ilə başlamışıq və ümumi büdcənin 70%-ni şəxsən İqalo verir. Orada 30-a yaxın uşaq var. Bəziləri artıq yaxşı ailələr tərəfindən övladlığa götürülüb. Onlar vəfat etmiş, müxtəlif cinayətlərin qurbanı olmuş və ya qaçırılmış insanların uşaqlarıdı. İqalo sayəsində həmin uşaqlar özəl məktəblərdə təhsil ala bilir. Onlar artıq həyata yeni ümidlə baxır".
 

 
İqalonun "Uotford"da çıxış edərkən mövsümün ikinci yarısında anidən formadan düşməsi zamanında kifayət qədər müzakirə mövzusu olmuşdu. Yanvardan əvvəlki performansı ilə Lui van Xalın "radar"ına düşən, yanvardan sonra isə sadəcə 1 dəfə fərqlənməyi bacaran Odionun problemləri atasının vəfatı ilə əlaqələndirilir. İndi də ona dair şübhələrin təməlində məhz bu məsələ dayanır. Yəqin ki, bu barədə o dönəm komandaya rəhbərlik edən Kike Sançes Floresdən yaxşı söhbət ortağı ola bilməz:
 
"Onunla söhbətimizdə soruşmuşdum: "İqqi, nəsə dəyişib? Mənimlə bu barədə rahat danışa bilərsən. Bəlkə, şəxsi məsələdi?" O, cavabında dedi: "Dəyişən bir şey yoxdu. Əvvəl etdiklərimi təkrarlayıram, sadəcə, top qapıya daxil olmur".
 
O, həmişə maksimum gücünü ortaya qoymağa çalışırdı. Problem İqalo deyildi. Sadəcə, o zaman komanda formadan uzaq idi və vəziyyət bu səbəbdən çətinləşmişdi. Amma əminliklə deyə bilərəm ki, bizi məyus edən İqqi deyildi. O, "Mançester Yunayted"də də hər şeyini ortaya qoyacaq. Onunla bağlı əla təəssüratlarım var. İqalonu çox sevirəm. Çox professional biridi. Həyatını hamıdan gizli saxlamağa çalışır. Xristian dəyərlərinə böyük önəm verir və ehtiramlı insandı. Oyunçu kimi İqalonu tam olaraq izah etmək çətindi. Onun əsas keyfiyyəti topu saxlaya bilməsidi. Komanda yoldaşlarının meydana yerləşə bilməsi üçün onlara zaman verir. Həmçinin "ikinci toplar"ı qazanmaq bacarığı da yaxşıdı. Topu ondan almaq çox çətindi. Göründüyündən daha güclü və daha sürətli futbolçudu. Arada 5 il fasilə var, indi bir az dəyişib. Amma o, həmişə fiziki mübarizələrdə üstün biri olaraq qalacaq. Biz onu irəlidə Troy Dini ilə birlikdə oynadırdıq. Onlar bir-birilərini kifayət qədər yaxşı tanıyırdılar. Amma İqalonu tək hücumçu kimi də oynatmaq olar. Onun ən dəyərli özəlliklərindən birini qeyd edə bilərəm: komanda yoldaşları qısa müddət ərzində Odionun güclü tərəflərini öyrənə bilir və ona uyğunlaşırlar".
 

 
İqalo üçün daha böyük "səhnə" ola bilməz: artıq o, sevimli klubu "Mançester Yunayted"dədi və hətta fərqlənməyə də imkan tapıb. Həm özünün, həm də dünyasını dəyişmiş bacısı Marinin xəyalını reallaşdırıb. Meneceri Anekenin də dediyi kimi, Nigeriyanın kasıb gettolarından "zirvə"yə aparan yol qət olunub: "İqalonu "Yunayted" forması ilə izləmək qürurdu. 2007-ci ildən bəri onunla çalışıram, Nigeriyadan Norveçə qədər birlikdə olmuşuq. Tanıdığım azsaylı dəyərli insanlardandı. Məsələ təkcə kimsəsizlər evi ilə bağlı deyil. O, dul qadınlara da maddi cəhətdən kömək edir. İqalo Laqosun ən kasıb bölgəsindən gəlib, indi isə zirvədədi".
 
Hazırladı: Rüfət Məcid
 
İstifadə olunan mənbələr: "Daily Mail", "Athletic", "Guardian" 

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2020
23:27

Fərid oynadı, bəs Samir hanı?

23:22

Nicat yenə qol vurdu, komandası...

23:16

"Traktor" qələbə qazandı

22:15

"Barselona"da növbəti ayrılıq

21:30

Pelleqrini yenidən La Liqada?

20:26

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

20:25

"Fənərbağça" "Barsa"nın iki futbolçusunu birdən transfer edir

19:10

A Seriyası: "Yuventus" "Torino"ya qarşı, "Milan" "Latsio" səfərində

18:55

"Qalatasaray"ın Arda Turan planı açıqlandı

18:20

Kalates "Panatinaikos"dan ayrıldı - "Barselona"ya keçir

17:54

"Keşlə"də yeni müqavilə

17:35

La Liqa: "Real" "Atletik"ə, "Barselona" "Vilyarreal"a qarşı

17:19

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:00

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

16:13

"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

16:01

Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb

15:51

Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

15:28

PL: "Arsenal" "Vulverhempton" səfərində, "Çelsi" "Uotford"a qarşı

15:22

İngilis mütəxəssis Azərbaycanı tərk etdi

14:41

Ermənistan futbolunda qalmaqal: 58 nəfər oyun alqı-satqısında günahlandırılır

14:17

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTOLAR

13:58

"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"

13:24

"Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

12:45

Azərbaycanda daha bir yarış təxirə salındı

12:40

Balotelli karyerasını Argentinada davam etdirə bilər

12:32

"Neftçi" 3 futbolçuyla danışıq aparır - ADLAR

11:58

Elmar Baxşıyev: "Ümid edirəm ki..."

11:44

Sneyder qayıdır - Bu klubdan təklif var

11:34

Mövsümün sonunda futbolla vidalaşacaq

11:13

Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

10:47

Millimizin futbolçusu cəzalı duruma düşdü

10:33

"Barselona" Qrizmannı "Yuventus"a təklif edib

10:03

Messi "Mançester Siti"də?

09:59

İngiltərə klubu millimizin futbolçusunu istəyir

09:41

De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq

09:10

"Atletiko"dan üç cavabsız qol - VİDEO

08:20

Vaqner Lavın tərk etmədiyi Lene Pires - FOTOLAR

00:25

Kim gəlir, kim gedir? - Elitanın yay "bazarlığ"ı

00:09

Nağıyev Moldovada tarixə düşdü

03 İyul 2020
23:14

Qazaxıstan çempionatı dayandırıldı

21:30

Holand forma nömrəsini dəyişdi

20:35

Kapitan "Barselona"dan ayrıldı

19:20

"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

18:59

"Neftçi"dən ayrılan hücumçu Cənubi Kipr klubunda

18:25

Premyer Liqada ayın məşqçisi kim olacaq? - Namizədlər

17:50

"Barselona"nın futbolçusu üçün mövsüm bitdi

17:17

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

16:58

Fariz Nəcəfov: "Tələsik qərarlara ehtiyac yoxdur"

16:16

PL-də ayın ən yaxşı oyunçusu adına namizədlər: "Liverpul"dan heç kim yoxdu

15:52

"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

15:50

"Qəbələ"nin prezidenti açıqladı: Baş məşqçi kim olacaq?

15:27

Nurməhəmmədov dünyasını dəyişdi

15:09

"Həbiblə döyüşdə Qetjiyə azarkeşlik edəcəm"

15:01

"Barselona"nın futbolçuları Xaviyə müraciət etdilər

14:29

Serena Uilyams 2 yaşlı qızı ilə birlikdə məşq etdi - FOTOLAR

14:27

AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ açıqlandı

13:36

"Liverpul" "Arsenal"ın antirekordunu təkrarladı

13:05

"Atletiko"nun yeni forması - FOTO

12:45

"Sabah"ın yeni baş məşqçisi məlumdu - ÖZƏL

12:42

Aygün Kazımovanın qızı braziliyalı futbolçu ilə əylənir - VİDEO

12:38

Vaqner Lav Qazaxıstan klubunda!

12:33

Zidan Messinin "Barselona"dan ayrılmasını istəmir

12:16

"Qəbələ"nin legioneri Azərbaycanı tərk etdi

12:03

Alisa Şmidt gözəlliyini belə göstərdi - FOTO

11:48

"Bavariya"nı "Liverpul"a dəyişir

11:33

"Sabah" baş məşqçisini istefaya göndərdi

11:30

Sane rəsmən "Bavariya"da - FOTOLAR

11:14

Roy Kin Azərbaycanda yaşamaq istəmir

10:57

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

10:53

"Barsa" Xavi ilə razılaşdı - ƏMƏKHAQQI AÇIQLANDI

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image