10:31 24.10.2019 1377

Nurlan Novruzov atasının anasını qətlə yetirməsi haqda: "Edam olunmalıdır"

Arvadını qətlə yetirib özünü öldürmək istəyən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətmədiyini deyir.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Sevinc Şükürova ifadə verib.

O deyib ki, təqsirləndirilən şəxs onun qayınatasıdır.

Hadisə günü evdə olduğunu deyən Sevinc Şükürova bildirib ki, qayınanası onu çağıraraq uşaqları yuxarı otağa aparmağı deyib: "Mən uşaqları aparandan sonra səs eşitdim. İlk olaraq başa düşmədim. Balkona çıxıb nə səs olduğunu aydınlaşdırmaq istədim. Sonra aşağı düşdüm. Gördüm ki, qayınanam yerdə uzanıb, yanında da tüfəng var".

Suallara cavab verən Sevinc Şükürova deyib ki, qayınanası ilə qayınatası arasında münasibətlər heç də yaxşı olmayıb: "Bir neçə dəfə mübahisə ediblər. Mənim yanımda qayınanam döyülməyib. Amma qayınanam mənə bir neçə dəfə döyüldüyünü danışıb. İki həftə əvvəl də gözü göy idi. Özü mənə danışmışdı ki, qayınatam döyüb".

Sevinc Şükürova suallara cavabında qayınatasının başqa qadınlarla münasibəti olmasını bildiyini deyib. Qeyd edib ki, bunu ona əri Nurlan deyib. Onun sözlərindən məlum olub ki, hətta Nurlanda atasının başqa qadınla fotosu da var imiş.

Məhkəmə iclasında şahid qismində Nurlan Novruzov da ifadə verib. O, mərhumun oğludur.

Nurlan Novruzov ifadə verməzdən əvvəl təqsirləndirilən şəxsə "ata" deyə müraciət etmək istəmədiyini bildirib, söyləyib ki, o, qatildir.

Professional futbolla məşğul olan Nurlan Novruzov Azərbaycanda "Səbael", "Bakı" klublarının şərəfini qoruyub. Həmçinin Türkiyə klublarında da forma geyinib. Hazırda isə Moldovanın "Dinamo-Avto" klubunda karyerasını davam etdirir.

Sərbəst ifadə verən Nurlan Novruzov uşaq vaxtından ailədə şiddət gördüyünü deyib. O bildirib ki, atası içki içib, ailədə dava salıb, anasını, qardaşını və onu dəfələrlə döyüb.

"Ən çox əziyyəti qardaşım və anam görüb. Həmişə anamı döyəndə deyirdi ki, səni öldürəcəm. Biz o qədər "öldürəcəm" sözünü eşitmişdik ki, adi gəlirdi. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hadisə baş verəcək. Uşaq vaxtı biz həyətdə oynayanda qardaşım qaça-qaça yanıma gəldi. Qorxudan danışa bilmirdi. Mən nə olduğunu soruşanda dedi ki, atam ona silah çəkib. Neçə dəfə silahla evin şüşələrini sındırıb"- deyən Nurlan Novruzov qeyd edib ki, anası heç vaxt ailədə söz-söhbətə səbəb olmayıb.

O, anasının günahsız yerə öldürülməsini qəbul edə bilmədiyini deyib: "Bir adam 30 ildən artıq bir yerdə yaşadığı insanı saniyənin içində necə öldürə bilər? Mənim anam bir mələk idi. Naxçıvanda olanda orda da bu adam anamı hədələyib. Qohumların yanında anama bıçaq çəkib. Deyib ki, səni öldürəcəm. Anam da yalvarıb ki, burada öldürmə, gedək Bakıda öldürərsən. Görün, anam necə biri olub. Saatlarla onun necə bir insan olduğunu danışa bilərəm. İnsan öldürmək bu qədərmi asandır? Belələrinə ən ağır cəza verilməlidir. Çünki bunun kimilər bizləri yetim qoyub. Hövsanda belə cinayətlər, demək olar ki, yox idi. Amma bu adam anamı qətlə yetirəndən sonra cinayətlər artıb. Sanki "Zahid arvadını güllələyib" deyib başqası da arvadını öldürür. Ümid edirəm ki, yaxın zamanlarda edam cəzası bərpa ediləcək. Bu insanlar yenidən cəmiyyət içinə çıxmamalıdır. Mən bu hadisədən sonra başıaşağı gəzirəm. Bu, uşaqlarını düşünmədi, həyatımızı məhv elədi".

Nurlan Novruzov atasının ağıllı adam olduğunu, bu işi də planlı şəkildə etdiyini deyib:

"Bu elə insandır ki, bir yalan danışsa, mən onun yalan olduğunu bilə-bilə buna inanaram. O qədər ağıllıdır və adamı inandırar. Mən Bakıya yeni gəlmişdim. Dostlarla görüşüb axşam evə gəlirdim. Mənim evə nə vaxt gəlib-getdiyimi izləyirdi. Hər işi planla edirdi. Maraqlı olan budur ki, həmin silah evə necə gəlib? Bir dəfə qardaşım və dayım polisə şikayət edib silahı ondan aldırmışdı. Sonradan o silah evə necə gəlib? Mən kamera görüntülərini də çıxarıb müstəntiqə verdim. Pəncərədən düşür, qapını arxadan bağlayır və yenidən pəncərədən içəri daxil olur. Amma silahı evə nə vaxt, necə gətirdiyini bilmirəm".

Nurlan Novruzov anasını öldürən şəxsə ən ağır cəza verilməsini tələb edib.

Zahid Novruzov oğlunun dediklərinin bəziləri ilə razılaşmayıb, söyləyib ki, Naxçıvanda olanda arvadını ölümlə hədələməyib. O, oğluna silah çəkmədiyini də deyib.

Məhkəmə sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.

Sənədlər tədqiq edilərkən Zahid Novruzovun telefondakı səs yazılarında başqa bir qadına "sən mənim həyatımsan", "qolum, ayağım olmasın, amma sən yanımda ol", "uşaqlar olmasa, bu arvadı vurub öldürərəm" kimi sözlər deyib. "Öldürərəm" deyərkən isə mərhum arvadını nəzərdə tuturmuş.

Hakim Zahid Novruzovdan bu səs yazıları haqda soruşub. O deyib ki, səs yazılarını özü-özünü göndərirmiş. Heç bir qadına göndərmirmiş.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. 

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. 

Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub. 

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Zahid Novruzov özünü təqsirli bilməyib, deyib ki, arvadını öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qıla, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

Məhkəmə araşdırması davam etdirilir.
 
Fanat.az
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2020
20:04

6 qolluq oyunu "Bavariya" qazandı - VİDEO

19:20

Ronaldunun 1,5 milyon avroya aldığı villa - FOTOLAR

18:50

Holand: "Hummels kimi olmaq istəyirəm"

18:20

"Səninlə fəxr edirəm" - Serena Uilyamsdan həyat yoldaşına dəstək

17:42

Karyerasını "Real"da bitirmək istəyir

17:14

MOK: "İddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır"

17:09

"Ronaldu öz generasiyasının ən yaxşı futbolçusudu"

16:44

Bundesliqada may ayının ən yaxşı qolları - VİDEO

16:14

Qayıtdı - "Barselona"nın ulduzu ilə bağlı SON XƏBƏR

16:12

Arvadının "Instagram" paylaşımlarına görə klubdan qovuldu - FOTOLAR

15:42

İtaliya nəhəngi 126 milyon avro zərər edib - Rekord

15:16

Messi yenə fərdi məşq etdi - FOTOLAR

15:00

Gözəl gimnastın bu paylaşımı təqibçilərini coşdurdu - FOTO

14:52

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüb"

14:36

"İrqçi təhqirlərə məruz qalsam, meydanı tərk edəcəm" - "Mançester Yunayted"in futbolçusu

14:08

Hakimi "Real"a qayıdır? - SON DURUM

13:34

Kevin Dyurent oynamayacaq: "Mənim üçün mövsüm bitib"

13:12

1281 manatlıq idman ayaqqabısı geyinən azərbaycanlı müğənni kimdir? - FOTO

13:04

"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

12:40

Azərbaycanlı iş adamı "AZE Nakchivan-Köln" klubu üçün 800 min avroluq stadion tikdirir

12:29

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq - ÖZƏL

12:26

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidi? - SİYAHI

12:20

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

12:02

Bundesliqada bu gün: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

11:34

"Yaxşı ki, "Barselona"ya keçməmişəm" - Di Mariya

11:19

Millimizin hücumçusu: "Həftəsonu qadağaların olması çempionata təsir edəcək"

10:50

Modriç Ronaldu ilə Mourinyunun davasından danışdı: "Kriştianu ağlayacaqdı..."

10:46

"Qarabağ"ın ilk transferi kolumbiyalı oldu

10:16

Balotelli ilə yollar ayrıldı

09:35

Bundesliqa: "Borussiya" uduzdu - VİDEO

09:10

Maykl Cordan irqçiliklə mübarizəyə 100 milyon dollar ayırdı

08:20

"Playboy" modeli futbol klubunu aldı, qızı ən gənc prezident oldu - FOTOLAR

00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

Facebookdan bizi izləməyi unutmayın.