11:04 08.05.2021 1770

“O vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi” - FOTO/VİDEO

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması cəmi 1 qızıl medal qazandı. Hamının gözlədiyi kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxan Mariya Stadnik ümidləri doğrultdu. O, komandamızın hesabına qızıl medalı yazmaqla yanaşı, Avropa çempionatlarında da tarix yazdı. Mariya 8-ci dəfə öz çəkisində qitənin ən güclüsü oldu.

Qarşıdan gələn Yay Olimpiya Oyunlarında da Stadnik Azərbaycan yığmasının əsas qızıl medal ümidi olacaq.

"Qafqazinfo” bütün bunları nəzərə alıb xanım idmançının qonağı olaraq onunla söhbətləşib.

O, ilk öncə 8-ci dəfə Avropa çempionu olmasından söz açdı: "Əlbəttə, mən çox xoşbəxtəm ki, 8 qat Avropa çempionu ola bildim. Hər qitə birinciliyindən sonra mənim adım güləş tarixinə yazılır. Bu onu göstərir ki, mən üzərimdə düzgün işləyirəm və mənim işimin nəticəsi ortadadır. Daim uğur qazanmaq üçün motivasiya həmişə var, istənilən yarışa getdikdə birinci olmaq, qalib gəlmək istəyirəm, məğlub olmaq istəmirəm. Motivasiya həyatın boyu sənin daxilində olur. Ancaq hər yarışmanın da özünəməxsus konsentrasiyası olur.

Bəzən övladlarımı, bəzən isə dostlarımı sevindirmək üçün xalçaya çıxıram”.

Mariya koronavirus pandemiyasının idmançılara mənfi təsirindən danışıb:

"Təəssüf ki, pandemiya nəinki mənə, bütün idmançılara yaxşı təsir etmədi. Hər kəs eyni vəziyyətdə idi, hamı evində otururdu. Heç kimin normal məşq keçmək imkanı yox idi. İlk vaxtlar evdə öz fiziki formamı saxlamağa çalışırdım, evdə edilə biləcək məşqləri edirdim. Ancaq bu, sadəcə idmançı olduğumu unutmamaq üçün idi.

Müddət uzandıqca panika keçirməyə başlamışdım ki, necə olacaq. Daha sonra az insan sayı ilə məşqlərə icazə verildi. Onda bilirdik ki, bu, təhlükəsizlik tədbirləridir. Məşq zalına gəlməyə başladım. Artıq tatamidə məşq etmək olurdu və bu, yaxşı hal idi. Avropa çempionatından öncə iki seçmə mərhələdə iştirak etdim. Bununla yavaş-yavaş formaya qayıda bildim”.

Stadnik Azərbaycana bağlılığı və ölkəmizin onun idman həyatına təsiri haqqında fikirlərini açıqlayıb:

"Gənc idmançı olduğum zaman Azərbaycan yığması məni dəstəklədi və mənə inandı. Özümü idmançı kimi sübut etmək üçün şans verdi. Bu, o vaxt böyük hadisə idi.

Yad bir ölkəyə gəldim, məni qəbul elədilər, sevdilər, insanlar, xalq dəstək verdi. Ona görə indi qalib gələrkən bayrağı qaldıranda bunu fəxr və minnətdarlıq hissi ilə edirəm ki, o vaxt bu insanlar balaca qıza inandılar və ölkəsini bütün beynəlxalq yarışlarda təmsil etmək şansı verdilər.

Azərbaycanda olanda adətən məşq edirəm və burada ailəmlə vaxt keçirmək üçün çox vaxtım olmur. Onları isə bura gətirmək onlar üçün stresli olacaq. Çünki onlara vaxt ayıra bilməyəcəm və yad ölkədə tək qalacaqlar. Ona görə mənim güləşdiyim dövrdə onlar Ukraynada olur. Orada ailəm üçün rahatdır, mənə də burada. Bəlkə karyeramı bitirdikdən sonra birlikdə yaşamaq üçün köç barədə fikirləşəcəyik”.

Uğurlu idmançı övladlarının güləşçi olmaq istəməsi ilə bağlı suala belə cavab verib:

"Əlbəttə ki, övladlarım idmançı ailədə böyüyürlər. Onlar analarının nə ilə məşğul olduğunu görürlər və məndən nümunə götürmək istəyirlər. Qızım mənə deyir ki, ana, mən sənin kimi güclü olmaq istəyirəm. Əlbəttə, onlar idmanla məşğul olacaqlar. Hazırda qızım idman gimnastikası, oğlum isə futbolla məşğuldur.

Ancaq qızım mənimlə güləşlə məşğul olmaq istədiyini deyir. Qadağan etməyəcəm, əgər arzusu olsa və bacarsa, güləşlə məşğul olacaq. Uşaqların bu barədə hələ ki, tam anlayışı yoxdur. Onlar bilirlər ki, anaları güləşlə məşğul olur, çoxlu medalları var, ancaq bunun nə olduğunu yüz faiz dərk etmirlər.

Bir az öncə qızımla danışanda ona medal gətirəcəyimi dedim, o isə "şiriniyyat gətirməyi unutma”,- deyə cavab verdi (gülür).

Bu səbəbdən onlar üçün medal indi oyuncaq kimidir, nə qədər ciddi olduğunu başa düşmürlər. Düzdür, onlar baxırlar və çoxlu medal qazanmaq istəyirlər, lakin nə qədər əhəmiyyətli olduğunu bilmirlər”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2021
17:19

Canni İnfantino Bakıya gəlir

17:17

AVRO-2020: Tükiyə İsveçrəyə, İtaliya Uelsə qarşı - YENİLƏNİR

15:50

Yol polisi Türkiyə -İsveçrə oyunu ilə əlaqədar vətəndaşlara müraciət etdi

15:29

"Ayaks" hücumçusunu 10 milyona satdı - RƏSMİ

15:25

Daha bir idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

15:10

"Qalatasaray"da 5-ci Fatih Terim dönəmi başlayır - Tarix açıqlandı

14:26

Hazar Sankt-Peterburqa niyə aparılmadı?

14:11

"Rusiya müdafiədən oynasa da, qol epizodları yaradacağıq"

13:56

Yannik Vesterqor: "Rusiyanı məğlub edəcəyik"

13:54

"Neymara ona görə azarkeşlik edirəm ki..." - Pele

12:33

Azərbaycan azarkeşləri himnin oxunmasına görə rekord siyahısında ilk onluğa düşdü - FOTO

11:50

Portuqaliyada çempion oldu, "Neftçi"yə keçdi - RƏSMİ

11:29

Əlil Arabasında Qılıncoynatma Federasiyası qazilərlə görüşləri davam etdirir

11:20

Qadın futbolçularla bağlı şok etiraflar - Rus qapıçı danışır

10:32

İdmançını vəhşicəsinə döydülər - Şok görüntülər

10:09

"Sumqayıt"la matçda özümüzü favorit saymıram"

09:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanllarda baxaq?

02:00

AVRO-2020: Bütün nəticələr - YENİLƏNİR

01:13

AVRO-2020: Kozlovski rekord müəyyənləşdirdi

00:54

AVRO-2020: Fransa büdrədi, Portuqaliya uduzdu, Polşa İspaniyadan xal aldı

00:37

Avropanın ən məhsuldar milli komandası

00:13

Ronaldu rekordunu yenilədi, Klozeyə şərik oldu

19 İyun 2021
23:20

"Qalatasaray"ın yeni prezidenti bilindi - RƏSMİ

22:50

Portuqaliya - Almaniya matçının rekordları və antirekordları

22:35

Portuqaliya - Almaniya matçının ən yaxşısı bilindi

22:19

Qədirzadə baxdı, komandasına divan tutdular

21:00

"Barselona" Niderland millisinin hücumçusu ilə gücləndi - RƏSMİ

20:19

Macarıstan - Fransa matçının ən yaxşısı açıqlandı

20:11

AÇ: İki güləşçimiz "qızıl", biri "bürünc" aldı

20:03

"Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə

19:02

Şenol Güneş: "Özümüzdən narazıyıq, möcüzəyə ümid edirik"

18:35

"Qalatasaray"ın prezidenti kim olacaq? - CANLI YAYIM

17:51

Azərbaycanın daha bir idmançısı Tokio-2020-yə vəsiqə qazandı

17:18

"Çelsi"nin futbolçusu PSV-yə keçdi - RƏSMİ

17:14

"Dinamo"nun prezidenti "Neftçi"dən danışdı: "Əsl rəqibdir"

16:09

Həbib prezidentləri döyüşə səslədi

16:02

"Neftçi" Sloveniyada ilk məşqinə çıxdı

15:43

"Fənərbağça" yeni baş məşqçi gətirir: Razılıq əldə olunub

15:18

Vüsalə Kazımovaya təyinat

15:03

Ukrayna millisinin lideri İngiltərə klubuna "yox" dedi

14:51

Bəybalayevin komandasından qələbə

14:27

Messi Uruqvay üzərində qələbədən yazdı

14:10

Georgi Buşan: "Hələ fəxr olunası bir şey etməmişik"

13:50

Avropa çempionatı: Güləşçilərimizin növbəti sınağı

13:14

Yürgen Klisman İngiltərəyə gedir

12:42

Azərbaycan millisinin oyunu təxirə salındı - Koronavirusa görə

12:19

FIFA Meksika millisini cəzalandırdı

11:51

Top-klubların gözü Silvada

11:22

Avropa çempionatı: Boksçumuz erməni ilə qarşılaşacaq

10:43

AVRO-2020-də çıxışı ilə "Bavariya"nın diqqətini çəkdi

10:18

Angela Merkel AVRO-2020-ni qınadı

09:58

"Qalatasaray"ın yeni prezidenti kim olacaq? - Bu gün seçkidir

09:37

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Tahir Süleymanov şərh edir

09:11

Amerika Kuboku: Argentina Uruqvaya qalib gəldi - VİDEO

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanallarda baxaq?

01:45

İbra əməliyyat olundu

01:16

İngiltərə - Şotlandiya matçının ən yaxşısı 20 yaşlı gənc oldu

00:49

AVRO-2020: Şotlandiya ilk xalını İngiltərədən aldı

00:02

Eriksen xəstəxanadan evə buraxıldı

18 İyun 2021
22:20

AVRO-2020: UEFA xorvatı ən yaxşı elan etdi

22:09

AVRO-2020: Türkiyə onu İsveçrə ilə oyun ərəfəsində itirdi

21:02

AVRO-2020: Qol vurmayan hücumçu oyunun ən yaxşısı seçildi

19:31

AÇ: Zenfira "bürünc" qazandı

18:53

AÇ: Fərid finalda erməni, Fəraim türkiyəli ilə güləşəcək

18:48

Ronaldu "Instagram"da bu sayda təqibçisi olan ilk insandır

17:43

"Grand Chess Tour": Rəcəbov Aronyanla heç-heçə etdi

17:29

Millimiz Ukraynaya uduzdu

16:39

"Tottenhem" Qattuzoyla müqavilə bağladımı? - SON DURUM

16:15

"Qrupumuz ən güclü komandaların olduğu qrupdur" - Millimizin meneceri

Facebookdan bizi izləməyi unutmayın.