18:01 18.04.2020 285

"Pandemiya və neftin qiymətinin düşməsi Azərbaycan klublarını çökdürəcək"

Mövsümün qızğın çağında çempionatların yarımçıq saxlanılması Avropa klublarını milyonlarla ziyana salıb ki, indi "köhnə qitə”də iqtisadçılar itirilən vəsaiti hesablamaqla məşğuldular.

Vəziyyət o qədər ağırdı ki, kiçiklər, ortabablarla yanaşı, hətta ən varlı klublar da kəmərlərini sıxıb, qənaət rejiminə keçməyə məcbur olublar.

Bunlar hamısı bir tərəfə, indi futbol funksionerlərini qayğılandıran daha bir məsələ pandemiyadan sonrakı ilk "transfer pəncərəsi”nin necə olacağıdı.

Əksər mütəxəssislərin fikrincə, klubların cari mövsümdə məruz qaldığı maliyyə itkisi istər-istəməz qarşıdakı "transfer pəncərəsi”ndə özünü göstərəcək. Artıq indidən bəllidi ki, kiçiklər və ortabablarla yanaşı, nəhənglərin də büdcəsi azaldılacaq, futbolçuların dəyəri aşağı düşəcək.

Beynəxalq İdman Araşdırmaları Mərkəzinin mütəxəsislərinin fikrincə, futbolçunun satış qiyməti 28 faiz aşağı düşəcək və bazarda durum 2010-ci ildəki kimi olacaq.

Almaniyanın məşhur "transfermarket” portalının əməkdaşlarının fikrincə, 1998-ci ilə qədər doğulan oyunçuların qiyməti 20, ondan sonra dünyaya göz açan futbolçuların dəyəri 10 faiz aşağı düşəcək.

Bu yerdə ortaya sual çıxır: pandemiya üzündən milyonlar itirən klublar transfer bazarını necə tənzimləyəcəklər, burda da ziyana düşməmək üçün hansı addımları atacaqlar?

Bazarı araşdıran mütəxəssislər belə qənaətə gəliblər ki, indki durumda ən yaxşı variant icarə qaydasından yararlanmaqdı. İstədiyini icarəyə götür, satmaq istədiyini icarəyə ver.

Tutaq ki, yanvarda dəyəri 100 milyon olan futbolçunu 6 aydan sonra, yayda 67 milyona satmaq heç bir kluba sərf etmir və heç kim də bunu etməz. Ancaq icarə əsasında transfer bazarını tənzimləmək mümkündü. Birdəfəlik satışda isə MBA nümunəsindən yararlanmaq olar.

Məsələn, "Real” Mbappeni rənglərinə bağlamaq üçün Azarı, Varanı və Benzemanı PSJ-yə göndərə bilər. Bu təcrübədən Şimali Amerikada həm hokkeydə, həm də basketbolda geniş istifadə olunur.

Düzdü, futbolda hələ ki bu variantdan geniş istifadə olunmur, ancaq dünyanın aparıcı klublarının top-menecerləri artıq bu haqda düşünməyə başlayıblar. Bəs görəsən, yerli agentlər qarşıdakı "transfer bazarı” haqda nə düşünürlər? Onların da fikirlərini öyrənməyi lazım bildik.

Vaqif Heydərli: "Pandemiya bütün sahələr kimi, futbola da mənfi yöndə təsirini göstərir və nə vaxta qədər belə davam edəcəyini heç kim bilmir. Təbii ki, koronavirusun yayılması, ölkələrin futbolsuz qalması, klubların maliyyə itkisi ilə üzləşməsi transfer bazarına təsir göstərəcək. Ancaq indidən dəqiq fikilər söyləmək, qiymətlərin hansı səviyyədə olacağını demək bir qədər çətindi. İndi klublar əsasən davam edən müqavilələr barədə düşünürlər. Hələ bir qərara gələ bilməyiblər ki, aprel və mayın maaşlarından tutulma olsun, yoxsa olmasın? Olacaqsa, bunu hansı formada etmək lazımdı? Çempionat uzanarsa, həmin aylara görə futbolçulara əməkhaqqı veriləcək və yaxud verilməyəcək? Bu gün üçün gündəmdə olan məsələ budu. Klublarımızın yaydakı transfer siayəsətinə gəlincə, məncə, onlar əvvəlcə bu suallara cavab tapmağa çalışacaqlar, sonrakı mərhələdə isə transferlər barədə düşünəcəklər. Baş verən hadisələr fonunda "transfer bazarı”nda qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırlır ki, bu da anlaşılandı. Artıq neçə vaxtdı Avropa klubları maddi planda itkilərlə üzləşirlər. Ancaq fikrimcə, belə çox davam etməyəcək. Çempionatlar bərpa olunandan bir müddət sonra hər şey yerini alacaq və əvvəlki vəziyyətə qayıdacaq”.

Səbuhi Səfiyarlı: "Ümumiyyətlə, koronavirusun idmana, o cümlədən futbola təsirindən danışmamış siyasətçilərin, iqtisadçıların açıqlamalarına toxunmaq istərdim. Onların dediklərinə əsasən pandemiya başa çatandan sonra dünyada yeni dönəm başlayacaq. Yəni istəsək də, istəməsək də yeniliklər idmandan, futboldan da yan ötməyəcək. İqtisadiyyata, siyasətə təsir edən amillər ola bilməz ki, futbola, o cümlədən "transfer bazarı”na təsir etməsin. Avropanın nəhənğ klublarının rəhbərlərinin də açıqlamalarından görünür ki, iqtisadi cəhətdən çox ziyan çəkirlər. İngiltərə, İspaniya, İtaliya kimi ölkələrin çempionatlarında klublar yayına görə alacaqları vəsaitin bir hissəsindən artıq məhrum olublar. Reklamdan gələn gəlirlər aşağı düşüb. Futbolçuların maaşında azalma olsa belə, bu fərqi qapadacaq dərəcədə olmayacaq. Avropa klubları reklamdan, bilet satışından, yayından çox böyük gəlir əldə edirdilər. Gəlir aşağı düşəndən sonra həmin klubların yeni transferlərə böyük pullar xərcləməcəyi də anlaşılandı. Bizim premyer-liqa təmsilçilərinin yaydakı transfer siyasətinə gəlincə, Avropa klubları ilə bizimkiləri müqayisə etmək düz olmaz. Bizimkilər teleyayından, bilet satışından, reklamdan, demək olar ki, pul qazanmırlar. Hamısı sponsorların hesabına ayaqüstədi. O sponsorların əksəriyyəti bizim ölkənin iqtisadiyyatından "qidalanırlar” və neftdən asılıdılar. "Qara qızıl”ın qiymətinin dünya bazarında aşağı düşdüyünü nəzərə alsaq, onlara da güclü ziyan dəydini görə bilərik. Məncə, ölkə futboluna yalnız bu amil – neftin ucuzlaşması təsir edə bilər. Avropa klubları bizimkilər kimi azad agent statusuna malik oyunçuları rənglərinə bağlamırlar. Onlar hər yeni oyunçu üçün pul ödəyirlər. Qeyd etdiyim kimi, qazanc olmayandan sonra onlar məcburdular ki, daha aşağı qiymətə futbolçu transfer etsinlər. Bizim klublar isə daha çox boşda qalan əcnəbilərlə müqavilə bağlamaqda maraqlı olduğundan "transfer bazarı”nda hansısa dəyişikliyin olacağını gözləmirəm. Əvəzində növbəti mövsüm üçün premyer-liqa təmsilçilərində büdcənin azaldılması müşahidə oluna bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. O da vurğuladığım kimi neftin qiymətinin düşməsi ilə bağlı olacaq”.

Mənbə: Futbol+" qəzeti
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2020
23:22

Nicat yenə qol vurdu, komandası...

23:16

"Traktor" qələbə qazandı

22:15

"Barselona"da növbəti ayrılıq

21:30

Pelleqrini yenidən La Liqada?

20:26

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

20:25

"Fənərbağça" "Barsa"nın iki futbolçusunu birdən transfer edir

19:10

A Seriyası: "Yuventus" "Torino"ya qarşı, "Milan" "Latsio" səfərində

18:55

"Qalatasaray"ın Arda Turan planı açıqlandı

18:20

Kalates "Panatinaikos"dan ayrıldı - "Barselona"ya keçir

17:54

"Keşlə"də yeni müqavilə

17:35

La Liqa: "Real" "Atletik"ə, "Barselona" "Vilyarreal"a qarşı

17:19

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:00

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

16:13

"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

16:01

Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb

15:51

Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

15:28

PL: "Arsenal" "Vulverhempton" səfərində, "Çelsi" "Uotford"a qarşı

15:22

İngilis mütəxəssis Azərbaycanı tərk etdi

14:41

Ermənistan futbolunda qalmaqal: 58 nəfər oyun alqı-satqısında günahlandırılır

14:17

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTOLAR

13:58

"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"

13:24

"Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

12:45

Azərbaycanda daha bir yarış təxirə salındı

12:40

Balotelli karyerasını Argentinada davam etdirə bilər

12:32

"Neftçi" 3 futbolçuyla danışıq aparır - ADLAR

11:58

Elmar Baxşıyev: "Ümid edirəm ki..."

11:44

Sneyder qayıdır - Bu klubdan təklif var

11:34

Mövsümün sonunda futbolla vidalaşacaq

11:13

Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

10:47

Millimizin futbolçusu cəzalı duruma düşdü

10:33

"Barselona" Qrizmannı "Yuventus"a təklif edib

10:03

Messi "Mançester Siti"də?

09:59

İngiltərə klubu millimizin futbolçusunu istəyir

09:41

De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq

09:10

"Atletiko"dan üç cavabsız qol - VİDEO

08:20

Vaqner Lavın tərk etmədiyi Lene Pires - FOTOLAR

00:25

Kim gəlir, kim gedir? - Elitanın yay "bazarlığ"ı

00:09

Nağıyev Moldovada tarixə düşdü

03 İyul 2020
23:14

Qazaxıstan çempionatı dayandırıldı

21:30

Holand forma nömrəsini dəyişdi

20:35

Kapitan "Barselona"dan ayrıldı

19:20

"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

18:59

"Neftçi"dən ayrılan hücumçu Cənubi Kipr klubunda

18:25

Premyer Liqada ayın məşqçisi kim olacaq? - Namizədlər

17:50

"Barselona"nın futbolçusu üçün mövsüm bitdi

17:17

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

16:58

Fariz Nəcəfov: "Tələsik qərarlara ehtiyac yoxdur"

16:16

PL-də ayın ən yaxşı oyunçusu adına namizədlər: "Liverpul"dan heç kim yoxdu

15:52

"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

15:50

"Qəbələ"nin prezidenti açıqladı: Baş məşqçi kim olacaq?

15:27

Nurməhəmmədov dünyasını dəyişdi

15:09

"Həbiblə döyüşdə Qetjiyə azarkeşlik edəcəm"

15:01

"Barselona"nın futbolçuları Xaviyə müraciət etdilər

14:29

Serena Uilyams 2 yaşlı qızı ilə birlikdə məşq etdi - FOTOLAR

14:27

AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ açıqlandı

13:36

"Liverpul" "Arsenal"ın antirekordunu təkrarladı

13:05

"Atletiko"nun yeni forması - FOTO

12:45

"Sabah"ın yeni baş məşqçisi məlumdu - ÖZƏL

12:42

Aygün Kazımovanın qızı braziliyalı futbolçu ilə əylənir - VİDEO

12:38

Vaqner Lav Qazaxıstan klubunda!

12:33

Zidan Messinin "Barselona"dan ayrılmasını istəmir

12:16

"Qəbələ"nin legioneri Azərbaycanı tərk etdi

12:03

Alisa Şmidt gözəlliyini belə göstərdi - FOTO

11:48

"Bavariya"nı "Liverpul"a dəyişir

11:33

"Sabah" baş məşqçisini istefaya göndərdi

11:30

Sane rəsmən "Bavariya"da - FOTOLAR

11:14

Roy Kin Azərbaycanda yaşamaq istəmir

10:57

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

10:53

"Barsa" Xavi ilə razılaşdı - ƏMƏKHAQQI AÇIQLANDI

10:10

Messi "Barselona"dan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image