Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Serbiyada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı finalda cənubi koreyalı Jeonq Jooya uduzub - 7:15.
O, 1/4 finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmçilsisi Jozef Leyni (12:3) məğlub edib.