Azərbaycan parateakvondoçuları Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) Cənubi Koreyanın Muju şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıblar.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksinin təşkil etdiyi toplanış 9 gün davam edəcək.
Toplanışa 10-dan çox ölkənin 40 parataekvondoçu xüsusi dəvət ilə qatılıb.