Bu gün Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fanat.Az-ın məlumatına görə, sablyaçımız 1/16 finalda Yanq Henqyu (Çin) ilə üz-üzə gəlib.
Qarşılaşma Annanın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. 1/8 finala yüksələn təmsilçimiz bu mərhələdə ukraynalı Olqa Xarlanla qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Başta mübarizəni dayandırıb.