Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün paraüzgüçülük yarışları keçirilir.
Azərbaycan təmsilçisi Könül Süleymanova da start xəttinə çıxıb. S2 kateqoriyasında çıxış edən idmançımız 100 m məsafəyə arxasıüstə üzmədə mübarizə aparıb və 4:03,04 dəqiqəlik göstərici ilə qrupda 5-ci olub. O, yekunda ilk "səkkizliy"ə düşmədiyi üçün final mərhələsinə yüksələ bilməyib.
Qeyd edək ki, millimizi Fransa paytaxtında üç paraüzgüçü təmsil edir.