16:15 14.07.2021 777

İdman jurnalistlərimiz Tokio 2020-də olimpiyaçılarımızdan nə gözləyir? - SORĞU

Koronavirus səbəbindən ötən ildən təxirə salınan Tokio 2020-nin startına lap az qalıb. Bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq 23 iyul-8 avqust aralığında baş tutması planlaşdırılan 32-ci Yay Olimpiya Oyunlarına Azərbaycan komandası 40 lisenziya qazanıb.
 
Lisenziyalardan birinin 5 nəfərdən ibarət qrup hərəkətləri üzrə bədii gimnastika yığmamızın payına düşdüyünü nəzərə alsaq, Tokioda 44 idmançımız medallar uğrunda mübarizə aparacaq. Əvvəlki iki Oyunlara nisbətdə heyətin  nəzərəçarpacaq dərəcədə azalması və digər bir sıra qeyd olunası məqamlar idman həvəskarlarını qayğılandırmaya bilməz. Ancaq hər şeyə rəğmən, "ümid sonda ölər" deyib nikbinliyini itirməyənlər də var.

Fanat.az olaraq idman mediasının nümayəndələri arasında sorğu keçirib, onların idmançılarımızın Tokio 2020 imkanları barədə nə düşündüklərini öyrənmək və sizlərə çatdırmaq istədik. 
 


Kənan Həsənov ("Futbol+" qəzetinin redaktoru): "Pandemiya ilə bəlli problemləri nəzərə alsaq, olimpiyaçılarımızdan gözləntilərim böyük deyil. Düzdür, əslində eyni vəziyyətlə hamı üzləşib. Amma bizim idmançıların hazırlıq səviyyəsi və bunun fonunda beynəlxalq yarışlarda göstərdikləri nəticələr nikbinlik üçün əsas vermir. Olimpiadaya lisenziya qazanan idmançıların sayında da geriləmə var. Bununla belə, 7-8 medal gözləməyə dəyər. 10 medal qazanılsa, bu, şəxsən mənim üçün qeyri-adi bir nəticə olacaq. Konkret kimlərin fəxri kürsüdə yer alacaqlarına gəlincə, ad açıqlamağa lüzum görmürəm. Zatən üzdə olan, etimadı doğruldacaqlarına inandığımız idmançıları hamı tanıyır. Yəqin ki, medal boxçamızı yenə güləş, cüdo, taekvondo və karate yığmalarının üzvləri dolduracaq. Boksda da kimsə fərqlənə bilər. Digər növlərlə bağlı isə bizə yalnız Allaha dua etmək qalıb. Yenə də ən yaxşı sonluğa ümid edək. Olimpiyaçılarımız bədbin fikirlərimin əksinə daha yaxşı nəticələr qazansalar, buna yalnız sevinərəm".
 


Sənan Abdullayev ("Xəzər TV"nin İdman redaktoru): "Ümidlərim elə də böyük deyil. Rəsmilərdən fərqli olaraq, bunu hazırlıq baxımından pandemiyaya bağlamaq fikrim də yoxdur. Amma yarışın keçirilməsi prosesində pandemiya qaydaları çox təsir edəcək. Saat fərqini nəzərə aldıqda iqlimə uyğunlaşmaq bizim idmançılara çox ağır olacaq. Pekin Olimpiadasında iştirak etmiş idmançılardan biri ilə danışdım və bildirdi ki, ən azı 7 gün lazımdır ki, idmançı özünü rahat hiss etsin. Odur ki, çox çətin olacaq. Qızıl medal ümidim taekvondoçumuz Milad Beiqi Harçeqanidir. Onun ötən Olimpiadadan sonrakı psixoloji vəziyyəti gözümün önündədir. Finala çıxmamağına yox, qızıl qazanmamağına görə peşmançılıq keçirirdi. Çox iddialıdır. Güləşçilərimizdən nə qədər qəribə olsa da, qızıl gözləmirəm. Yeganə Hacı Əliyevin adını çəkə bilərəm, amma o da mənə görə çəki dərəcələrində olimpiya tariximizin ən ağır mübarizəsində yer alacaq. Stadnikin medal qazanacağına şübhə etmirəm, amma son görüşlərində çəkdiyi çətinliklər mənə ümid vermədi. Cüdoçularımızın 2 medal qazanacağına inamım var. Biri Kindzerska, digəri Orucovdur. Yaponiyada cüdodan "qızıl" qazanmaq üçün bir az da bəxtə ehtiyac var. Bu, karateçilər Rafael Ağayev və İrina Zaretskaya da aiddir. Məncə, hər ikisi "bürünc" qazanacaq".
 


Natiq Nəsirov (Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti, Estafet.az saytının redaktoru): "Böyük ehtimalla atıcılıq, üzgüçülük, velosiped idmanı, gimnastika, atletika, badminton, triatlon kimi idman növlərindəki təmsilçilərimizdə medal olmayacaq, onların iştirakı daha çox Olimpiya Oyunlarının "əsas iştirakdır" prinsipinə uyğun olacaq. Ən çox medal gözlədiyim idman növü cüdodur. Burada yalnız Uşanqi Kokauri və Aişə Qurbanlının medal qazanmayacağına əminən. Digər bütün cüdoçularımız medal qazanmaq gücündədirlər və cüdodan ən azı 4 medal gözləyirəm. Qılıncoynatmada Anna Başta sürpriz edə bilər. Boksda da heç olmasa 2 medala ümid edirəm. Güləş növlərində və karatedə olan təmsilçilərimizin də hər birinin mükafat qazanacaq potensialı var. Hər biri üzərində ayrı-ayrılıqda dayanıb geniş fikir bildirmək olar. Sadəcə, bu idman növlərində əsas bir məqam var - püşkatma. Püşkdən sonra daha inamla reallığa yaxın ehtimallar bildirmək olar. Ümumilikdə isə Olimpiya yığmamızın maksimum 15 medal qazanacağını düşünürəm. Çox istərdim ki, yanılım və medal sayımız artıq olsun".
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X