20 yaşlı Uqandalı idmançı Olimpiadada iştirak etmək üçün Yaponiyaya gəlib və itkin düşüb.
Fanat.Az "Kyodo" xəbər agentliyininə istinadən xəbər verir ki, Uqanda milli komandasının tərkibində Tokio Olimpiadasına gələn idmançı itkin düşüb. İdmançının harada olduğu ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Uqanda milli komandası 23 iyul - 8 avqust tarixlərində Yay Olimpiya Oyunlarının keçiriləcəyi ölkəyə - Yaponiyaya ilk gələnlərdən biri olub.
Emin Şəmsiyev