00:01 07.08.2021 1622

Tokio 2020: İki "qızıl", iki "bürünc" ümidi

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 3 növ üzrə 9 idmançımız mübarizə aparacaq.

Onlardan ikisinin gün ərzində qızıl, ikisinin isə bürünc medal qazanmaq şansı var.

Bədii gimnastika

Azərbaycan 13 illik aradan sonra Olimpiadada qrup hərəkətləri üzrə yarışlarda təmsil olunur.

Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova, Nərminə Səmədova və Zeynəb Hümmətovadan ibarət "beşlik" iki çıxışın yekununda final mərhələsinə düşməyə çalışacaq. 

14 komanda arasında ilk "səkkizlik" adını həlledici mərhələyə yazdıracaq.

Təsnifat yarışlarına Bakı vaxtı ilə 05:00-da start veriləcək. 

Final çıxışları avqustun 8-də - Olimpiadanın son günündə baş tutacaq.

Karate

Karate yarışlarının son günündə dünya və Avropa çempionu İrina Zaretska (+61 kq) ilə təmsil olunuruq.

Təmsilçimiz A qrupunda yer alıb. 25 yaşlı idmançımız qrupdan çıxmaq uğrunda Ayumi Uekusa (Yaponiya), Silvia Semeraro (İtaliya), Sofiya Berultseva (Qazaxıstan) və Məltəm Hocaoğlu (Türkiyə) ilə döyüşəcək.

Qruplarda ilk iki yeri tutanlar yarımfinala adlayacaq. Final uğrunda bir qrupun birincisi ilə digərinin ikincisi üz-üzə gələcək. Yarımfinalda uduzanlar Olimpiya Oyunlarının bürünc medalını boynundan asacaq.

Mübarizəyə 09:00-da start veriləcək. Yarımfinal və final qarşılaşmaları 14:20-də başlayacaq.

Güləş

Güləş yarışlarının sonuncu günündə üç idmançımız medallar uğrunda mübarizə aparacaq.

Ötən gün mübarizəyə qoşulan 3 təmsilçimizdən öncə Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.

Yarışların 1/8 final mərhələsində Abdulrəşid Sadullayevə (Rusiya Olimpiya Komitəsi) uduzan 33 yaşlı Olimpiya, dünya və Avropa çempionumuz təsəlliverici görüşdə Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Rio 2016-nın bürünc mükafatçısı qarşılaşmanı qalib başa vursa, kubalı Reyneris Salasla üçüncülük uğrunda həlledici görüşə vəsiqə qazanacaq.  

Olimpiadanın 1/8 finalında Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Stalvira Orşuşu, 1/4-də tunisli Sarra Hamdini məğlub etsə də, yarımfinalda yaponiyalı Yui Susakiyə uduzan Mariya Stadnik (50 kq) Tsoqt Oçir Namuntsetseeq (Monqolustan) - Lusiya Yepes (Ekvador) cütünün qalibi ilə Olimpiya "bürünc"ü uğrunda mübarizə aparacaq.

Pekin 2008-in bürünc, London 2012 və Rio 2016-nın gümüş mükafatını qazanan 33 yaşlı güləşçimiz görüşdən qalib ayrılsa, Azərbaycan idmanı tarixində yeganə dördqat Olimpiya mükafatçısı olacaq.

Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) karyerasının ən önəmli final qarşılaşmasına çıxacaq.

Əvvəlki mərhələlərdə müvafiq olaraq Adama Diyatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bajranq Puniyanı (Hindistan) yolundan uzaqlaşdıran 30 yaşlı pəhləvanımızı Olimpiya çempionluğu uğrunda ev sahibi Takuto Otoquro ilə gərgin mübarizə gözləyir. 

Təsəlliverici görüşlər 13:45-də başlayacaq. Medallar uğrunda qarşılaşmalara 14:30-da start veriləcək.

Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında rəsmiləşmiş 4 medal var. Ölkəmizə ən yüksək əyyarlı mükafatı (gümüş) 75 kiloqram çəki dərəcəsində çıxış edən karateçi Rafael Ağayev qazandırıb. Bürünc medalları isə cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) aktivimizə yazıb. 31 təmsilçimiz Olimpiya Oyunları ilə əliboş vidalaşıb.
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2026
00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

21:24

Bir İspaniya nəhənginə keçəcəyi gözlənilən Kukurelya digərinə qoşulur - SON DURUM

20:51

"Barselona" Avstraliya millisinin yeni ulduzuna elçi düşüb

20:21

"Çelsi"dən "Mançester Siti"yə gözdağı

19:51

"Mançester Yunayted"ə "Milan" müjdəsi

19:14

DÇ-2026: Almaniya, Niderland və İsveç səhnəyə çıxır

18:42

Enrike ulduz futbolçunun satılmasına razılıq verdi

18:13

London klubu fransız istedadın transferində sona yaxınlaşır

17:52

"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisi üçün hərəkətə keçdi

17:26

Mundialda casusluq qorxusu: Belçika millisi rəsmən qapılarını bağladı

16:45

1974-cü ildən bəri Türkiyə kimi uduzan olmamışdı

16:29

ABŞ millisinin yarımmüdafiəçisi İngiltərə nəhənginin transfer hədəfidir

15:55

"Buna görə də Avstriya bizi cəzalandırdı" - Arda Güler səbəbləri açıqladı

15:06

"Bəzən ayağa qalxmaq üçün sillə yemək yaxşıdır"

14:43

Arda Turan hamını qabaqladı

14:09

Ralf Ranqniklə müqavilə yenilədilər

13:51

Avropa Liqası: Azərbaycan millisi İspaniya ilə üz-üzə

13:17

Azərbaycan yığmaları yarımfinal oyunlarına çıxır

12:44

Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

12:26

Popoviç Türkiyə üzərində qələbəni dəyərləndirdi

11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:22

1966-cı ildən bəri hələ belə sonluq görünməmişdi

01:04

DÇ-2026: Qətər məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

13 İyun 2026
23:39

Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

22:43

Ander Errera uşaqlıq klubuna qayıdır

22:11

Azərbaycan millisi dünya çempionu oldu

21:45

DÇ-2026: Türkiyə millisi ilk matçına çıxır

21:12

Dursun Özbəkdən İkardiyə sərt şərt: İstanbulla bağlı xüsusi maddə

20:52

Dünya çempionatında ağlasığmaz soyğun

20:22

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X