10:15 17.07.2021 835

Göz qırpımında keçilən \"Çin səddi\", düşərsiz rekord, 13 illik həsrət

Tokio-2020 Yay Olimpiya Oyunlarının startına 6 gün qalır. Xəbər verdiyimiz kimi, avqustun 8-dək baş tutacaq 32-ci zirvə yarışına ölkəmiz 40 lisenziya qazanıb.

Lisenziyaların sayı əvvəlki iki Oyunlara  - London-2012 və Rio-2016-ya nisbətdə az olsa da, əsas medal ümidlərimizdən hesab olunan cüdoçularımız Olimpiadaya tarixdə ən geniş heyətlə(7 kişi - Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşanqi Kokauri və 2 qadın - Aişə Qurbanlı, İrina Kindzerska) qatılacaq.  Kişilərdən ibarət komandamız ilk dəfə cüdonun vətənində bütün çəki dərəcələrində təmsil olunacaq.

Bəs açılış mərasiminin ertəsi günündən mübarizəyə qoşulacaq cüdo millimiz müstəqil ölkə kimi qatıldığımız əvvəlki 6 Olimpiya Oyunlarında hansı nəticələrlə yadda qalıb?

Atlanta-1996
 


ABŞ-ın tarixdə üçüncü dəfə ev sahibliyi etdiyi, bizim isə müstəqil ölkə olaraq debüt etdiyimiz Oyunlarda 23 nəfərdən ibarət Olimpiya komandamızın heyətində 2 cüdoçu - Nazim Hüseynov və Zülfiyyə Hüseynova mükafatlar uğrunda mübarizə aparıb. 4 il əvvəl Barselonada baş tutan Olimpiadada MDB ölkələrindən ibarət Birləşmiş Komandanın tərkibində çempion olan Hüseynov, ikinci mərhələdə Meksika təmsilçisinə uduzaraq yarışla erkən vidalaşıb. Zülfiyyə Hüseynova isə medalın iki addımlığında büdrəyərək, yeddinci olub.

Sidney-2000 
 


Güləşçi Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinovanın qızıl, boksçu Vüqar Ələkbərovun bürünc medalları ilə idman tariximizin parlaq səhifəsi kimi daim xatırlanan bu Olimpiadada 3 cüdoçumuz(2 kişi - Elçin İsmayılov, Mehman Əzizov və 1 qadın - Zülfiyyə Hüseynova) da yarışıb. Əzizov ilk mərhələdəcə uduzubsa, digər iki təmsilçimiz yeddinci nəticə göstərib.

Afina-2004

 

Cüdo yığmamız Olimpiya Oyunlarının vətənində keçirilən zirvə yarışına da dörd il əvvəl olduğu kimi, 3 nəfərlə qatılıb. Burada iki cüdoçumuz artıq medal uğrunda həlledici görüşədək irəliləsə də, sonda sevinən tərəf rəqiblər olub.  81 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü Mehman Əzizov "bürünc" uğrunda qarşılaşmada rusiyalı Dmitri Nosova, Mövlud Mirəliyev(100 kq) isə almaniyalı Mixael Yuraka uduzaraq beşinci yeri tutub. Elçin İsmayılov ilk mərhələdə yarışla vidalaşıb.
 
Pekin-2008
 


Pekin Elm və Texnologiya Universitetinin idman salonunda keçirilən yarış ərzində Azərbaycan bayrağı iki dəfə dalğalandırılıb. Finaladək bütün rəqiblərini "ippon" xalı ilə məğlubiyyətə uğradan Elnur Məmmədli(73 kq), həlledici döyüşdə cənubi koreyalı dünya çempionu Vanq Ki-Çunu cəmi 13 saniyəyə yenərək Olimpiya komandamıza Oyunların yeganə qızıl medalını qazandırıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Mövlud Mirəliyev isə yarımfinalda monqolustanlı Tuvşinbayar Naydana uduzsa da, polşalı Prjemişlav Matyaşekdən üstün olaraq Olimpiadanı bürünc medalla başa vurub.  

London-2012
 
 

Cüdoçularımızın Tokioyaqədərki rekordu(8 nəfər - 6 kişi, 2 qadın) ilə əlamətdar olan yubiley Olimpiadada medal qazanılmayıb.  Yalnız iki təmsilçimiz yeddinciliklə yadda qalıb - Tərlan Kərimov(66 kq) və Elmar Qasımov(100 kq). Olimpiya çempionu Elnur Məmmədli isə ilk mərhələdəcə kanadalı Antuan Valuye-Fortyeye uduzub.

Rio-2016
 


Azərbaycan üçün rekord sayda - 18 medalla yadda qalan son Olimpiadada 6 cüdoçumuz qələbə uğrunda mübarizə aparıb. Rüstəm Orucov və Elmar Qasımov yalnız finalda məğlub olaraq, Olimpiya Oyunlarının gümüş medalını qazanıblar. Digər təmsilçilərimizdən ən yaxşı nəticəni 60 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərov göstərib - beşinci yer.

Göründüyü kimi, cüdo millimizin aktivində artıq 13 ildir ki, Olimpiadanın qızıl medalı yoxdur.

Həmçinin, indiyədək iki Olimpiya medalı qazanan cüdoçumuz olmayıb. İndiki halda buna yeganə namizəd Tokio-2020-də 73 kiloqram çəki dərəcəsində çıxış edəcək Rüstəm Orucovdur.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 Aprel 2025
14:05

"Zirə" ilə matçda zədələnən Kadinin son vəziyyəti bilindi - AÇIQLAMA

13:40

Hakimi təhqir edən baş məşqçi 5 oyunluq diskvalifikasiya edildi

13:21

"Neftçi"nin futbolçusu üçün mövsüm bitdi

13:03

"Məsləhətə ehtiyacı yoxdur, o, əla futbolçudur" - Ronaldinyo

12:45

Azarkeşə hücum çəkən Veysəl Rzayev cəzalandırıldı

12:26

AFFA I Liqa klubuna texniki məğlubiyyət verdi

12:07

“Turan Tovuz” hədəflərindən uzaqlaşır, “Sabah” qələbə üzünə həsrətdir – Tura baxış

11:48

Daha bir dünya ulduzu "İnter Mayami" ilə danışıqlara başladı

11:30

“Futbol mənə hər şey verib, əsas da...”

11:12

Şeydayev "40"-a çatdı

10:54

İtaliya klubunun azarkeşləri öz futbolçularını döydülər

10:38

Avropa çempionatı: Bu gün daha 5 güləşçimiz mübarizəyə qoşulacaq

10:20

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:01

Millətlər Liqası: Azərbaycan millisi qrup liderliyi uğrunda oyuna çıxır

09:43

"Bu səbəbdən "Arsenal"a qarşı oynamaq çətin olacaq" - Tibo Kurtua

09:22

ÇL: "Real Madrid"in London sınağı, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

09:00

Mançininin yeni iş yeri bilindi - Əfsanəsi olduğu kluba rəhbərlik edəcək

01:22

İPL: "Nyukasl" özünü qonaq kimi aparmadı

01:07

La Liqa: "Osasuna" səfərdən 1 xalla qayıtdı

00:49

İtaliya A Seriyası: "Napoli" qələbə qazana bilmədi

07 Aprel 2025
23:58

Türkiyə Super Liqası: "Beşiktaş" yenilgidən sonda qurtuldu

22:47

Zamiq sonadək oynadı, komandası...

22:24

"Kəpəz"in zədəli futbolçusunun son vəziyyəti bilindi

21:45

AÇ: Azərbaycanın üç güləşçisi "bürünc" uğrunda yarışacaq

21:03

"Bir neçə imkanımız olsa da..." - Vaqif Cavadov

20:40

"Komandam ortaya yaxşı iş qoydu" - Elmar Baxşıyev

20:11

"Bura qələbə istəyi ilə gəlmişik" - Siyasət Əsgərov

19:57

MPL: "Neftçi" də inamlı qələbə qazandı, "Araz-Naxçıvan" da

19:36

"Sabah" və "Qarabağ"ın əvəzedicilərindən eyni hesablı qələbələr

18:52

Azərbaycanlı pilot BƏƏ-də "10-luğ"a düşdü

18:23

Azərbaycan ağırlıqqaldıranı Özbəkistanda 1-ci oldu

17:55

Ayxan Abbasov "Neftçi"yə uduzduqları oyundan nə danışdı?

17:32

"Çətin dövrdən keçirik" - "Neftçi"nin məşqçisi

17:09

"UEFA-mafiya"ya görə UEFA cərimələdi, CAS bəraət verdi

16:48

Rzayev ilk reytinq xallarını qazandı

16:30

Azərbaycan karateçiləri Qran-Pri turnirində 1-ci oldular

16:12

"Neftçi"nin yarımmüdafiəçisi zədələndi

15:56

Mbappe ÇL-in qalibi olmağı üstün tutur, yoxsa "Qızıl top" mükafatını? - Sualı cavablandırdı

15:28

"O, dünyanın ən yaxşı oyunçusudur" - Ueyn Runi

15:10

"Real Madrid"in 6 futbolçusu "Arsenal"la ÇL matçını kənardan izləyəcək - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X