00:08 06.08.2021 1547

Tokio 2020: İdmanımızın əfsanələri mübarizəyə qoşulur

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Olimpiadanın 15-ci günündə 3 növ üzrə 5 idmançımız mübarizəyə qoşulacaq.


Bədii gimnastika

Gün ərzində fərdi çoxnövçülük üzrə finalçılar müəyyənləşəcək.

Ölkəmiz zərif idman növü üzrə mübarizədə 20 yaşlı Zöhrə Ağamirova ilə təmsil olunacaq.

Təsnifat yarışları Bakı vaxtı ilə 05:20-də başlayır.

İştirakçılar ilk olaraq top və halqa ilə, təxminən 10:12-dən etibarən isə lent və gürzlərlə məharətlərini göstərəcəklər.

Final mərhələsi avqustun 7-də baş tutacaq.


Güləş

Kişi sərbəst güləşçilərin 65 və 97, qadınların isə 50 kiloqram çəki dərəcəsində mübarizəyə start veriləcək.

Azərbaycan Olimpiya komandası hər üç çəki üzrə təmsil olunur.

Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) ilk mərhələdə seneqallı Adama Diattanın müqavimətini qırmağa çalışacaq.

30 yaşlı titullu pəhləvanımız bu qarşılaşmadan qalib ayrılsa, növbəti mərhələdə Daulet Niyazbekov (Qazaxıstan) - Alexandro Valdes Tobier (Kuba) cütündə üstün olan tərəflə görüşəcək.

Olimpiya çempionu Şərif Şərifov startda Olimpiya və dördqat dünya çempionu Abdulrəşid Sadullayevlə (Rusiya Olimpiya Komitəsi) üz-üzə qalıb.

33 yaşlı dünya və Avropa çempionumuz qarşılaşmanı xeyrinə tamamlasa, növbəti mərhələdə Məhəmmədhüseyn Məhəmmədian (İran) - Elizbar Odikadze (Gürcüstan) görüşünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qadın güləşçimiz Mariya Stadnik də debütünü Rusiya Olimpiya Komitəsinin (ROK) nümayəndəsi ilə edəcək. Üçqat Olimpiya mükafatçısı Stalvira Orşuşu yolundan uzaqlaşdırsa, sonrakı mərhələdə Seema Seema (Hindistan) və Sarra Hamdi (Tunis) cütünün qalibi ilə mücadilə aparacaq.

Hər üç təmsilçimizin ilk görüşləri 1/8 final mərhələsinə təsadüf edir.

Gün ərzində finalçıların adına aydınlıq gələcək.

İdmançılarımızın çəki dərəcələri üzrə mübarizəyə 06:30-da start veriləcək. Yarımfinallar 13:15-də başlayır.


Karate

5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev (75 kq) tatami üzərinə çıxacaq.

36 yaşlı idmançımız B qrupunda yer alıb. Karate millimizin lideri Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajikanov (Qazaxıstan) ilə mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutanlar yarımfinala adlayacaq. Final uğrunda bir qrupun birincisi ilə digərinin ikincisi üz-üzə gələcək. Yarımfinalda uduzanlar Olimpiya Oyunlarının bürünc medalını boynundan asacaq.

Qalib və mükafatçıların adına gün ərzində aydınlıq gələcək.

Kişilərin kumite yarışlarına 12:00-da start veriləcək. Yarımfinallar təxminən 15:22-də başlayacaq.

Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında 3 medal var. Ölkəmizə "bürünc"ləri cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) qazandırıb. 30 təmsilçimiz Olimpiya Oyunları ilə əliboş vidalaşıb.

Sahib Əsədbəyli
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X