Yay Olimpiya Oyunlarının keçirildiyi Tokio şəhərində bu gün 1979 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az "Kyodo"ya istinadən xəbər verir ki, yanvar ayından bəri bu ən yüksək göstəricidir.
Yüksək yoluxma səbəbilə Tokioda 22 avqusta qədər fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, Tokio Olimpiadası 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarışlar bir il təxirə salındı və 23 iyul - 8 avqust 2021-ci il tarixləri arasında keçiriləcək.
Emin Şəmsiyev