Tokio 2020-nin stend atıcılığı yarışlarına start verilib.
Fanat.az xəbər verir ki, kişi və qadınlar arasında skit üzrə təsnifat mərhələsinin ilk günü başa çatıb.
Ölkəmiz kişilərin yarışında təmsil edən Emin Cəfərov 71 xal toplayaraq günü 30 iştirakçı arasında 24-cü yerdə başa vurub.
Sabah bu növ üzrə təsnifat mərhələsinin növbəti atışları və final mərhələsi baş tutacaq. Həlledici mərhələyə ən yaxşı "altılıq" yüksələcək.