Tokio 2020 Yay Paralimpiya Oyunları da tamaşaçılarsız keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Paralimpiadanın təşkilat komitəsi məlumat yayıb. Açıqlamada ölkədə koronavirusla bağlı son durum nəzərə alınaraq bu addımın atıldığı bildirilib.
Xatırladaq ki, iyulun 12-dən etibarən Tokioda fövqəladə vəziyyət elan edilib. Bu səbəbdən avqustun 8-də başa çatan Olimpiada da azarkeşlərsiz keçirilib. Paralimpiada avqustun 24-dən sentyabrın 5-dək baş tutacaq.
Sahib Əsədbəyli