Fransanın PSJ klubu cərimələnib.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi 2018-ci ilin yanvar-iyun tarixlərində idman ləvazimatları aldığı şirkətlərə ödənişləri gecikdirdiyi üçün cəzalanıb.
PSJ-yə bu səbəbdən 700 min avro cərimə kəsilib. Klub cəzaya etiraz etsə də, şikayətin təmin olunmadığı bildirilir.
Fransada şirkətlərə ödənişləri gecikdirən klublar 375 min avrodan 2 milyon avroya qədər cərimələnir.