"Qarabağ" klubu bu gün səhər təmsil etdiyi şəhər olan Ağdama yollanıb.
Fanat.Az xəbər verir ki, ölkə çempionu Allahverdi Bağırovun məzarını, Ağdam məscidini ziyarət edəcək, doğma meydanı "İmarət" stadionunda olacaq.
Səfərdə klub rəhbərliyi, məşqçilər heyəti və legionerlər də daxil olmaqla futbolçular və eyni zamanda klubun bir neçə veteran oyunçusu iştirak edir.
Qeyd edək ki, Ağdam şəhəri noyabrın 20-i işğaldan azad olunub.
Fanat.Az