21:12 24.04.2020 331

Qol götürüb oynaya bilək!

Tahir Süleymanov

 

Dünya, Avropa futbolu, hətta "Bakı birinciliyi" üçün də darıxırıq. Çempionatların bərpası müzakirə edilir, Bayıldan Zirəyə, 8 km-dən Masazıra qədər yollar ölçülür. Hamı futbolun yolunu gözləyir...

Yolumuz isə birdi, bir olmalıdı. Bakıdan Quzanlıya 330 kilometrdi. Ordan da Ağdama piyada getmək olar. O yollar Azərbaycanın, futbolumuzun yollarıdı. Həsrətlə bizləri gözləyir.

Futbol böyük qüvvədi. Vaxt olub Cənubi/Mərkəzi Amerikada futbola görə ölkələr bir-birlərinə müharibələr elan edib, Meksika-86-da İngiltərə-Argentina görüşü psixoloji savaş altında keçirilib...

Yaxın keçmişdə Quzanlıya sevə-sevə, ruhyüksəkliyi ilə gedirdik. Futbol, nəticə ikinci planda idi. Çətinliklər də təsir etmirdi. Şəraitsizlikdən "Neftçi" ilə Mingəçevirdə məskunlaşıb oyun günü Qarabağa doğru səfərimizi davam etdirirdik...

Quzanlı küçələrində insanlar bizi sevinclə qarşılayırdı. Gözlər sabaha inamla alovlanırdı. Onlar üçün "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter", "Simurq", fərq etmirdi. Ruhən müharibəyə gələn yeni batalyonları qarşılayırdılar.

Yaşıl meydanda rəqabət gedirdi, stadionda, tribunalarda isə birlik hökm sürürdü.

"Qarabağ bizimdi, bizim olacaq" sədaları səngərlərə qədər gedib çıxırdı. Hər kəs, Vətəni sevən oğullar düşmənlə döyüşə atılmağa hazır idi...

Quzanlı stadionunda yenilən tərəf olmurdu, hamı qalib idi. Futbol ruhu sabahın qələbələrinin təməlini qoyurdu. Avropa qruplarına gedəcək yolumuzda müqəddəs torpağın iyini, ruhunu alırdıq...

Top-klublarla Azərbaycan futbolunu təmsil etmək gözəldi. Nəhənglərin qapısına qollar vurub, xallar qazanmaq daha gözəldi. Quzanlıda oynayıb Ağdam, Şuşa, Xankəndinin nəfəsini hiss etmək, özünəinam qazanmaq isə əvəzolunmazdı...

Torpaqlarımız Azərbaycan futbolunun yolunu gözləyir. Quzanlı tək Quzanlı deyil. Bu gün Quzanlı Ağdamdı, Füzulidi, Cəbrayıldı, Zəngilandı, Qubadlıdı, Laçındı, Kəlbəcərdi, Ağdərədi, Şuşadı, Xankəndidi, fəryad qoparan yaralı Xocalımızdı!

Həyat öz axarına qayıdacaq, çempionat da gec-tez bərpa ediləcək. Azərbaycan futbolu tək Abşeron yarımadasından ibarət deyil. Vətən futbolunun sabahı xorvatlı, serbli "Sabah"lar da deyil. Sabahın futbolu, qələbələri Quzanlıdan, bölgələrdən keçməlidi...

Qayıtsın futbol! Milli ruhumuzla yenidən Quzanlıya gedək, azarkeşlər, Vətən oğulları tribunaları doldursun. Futbol meydanlarında doyüşək. Döyüşək ki, sabah Ağdamın "İmarət"ində futbol, Cıdır düzündə qol götürüb oynaya bilək!

Oxşar xəbərlər

Xəbər lenti

30 May 2020
23:10

Bundesliqa: "Bavariya" qol olub yağdı

21:56

Pavel Paşayev qələbəyə sevindi

19:59

Nurlan Novruzov bu tur nə etdi?

19:40

Gülay Zeynallı: “Kamilə hər zaman dəstəyəm” - VİDEO

19:20

"Arşavini yalnız Messi ilə dəyişə bilərik" - "Zenit"in "Barselona"ya cavabı

18:15

Premyer Liqa bərpa edildi: İlk oyunda qonaqlar sevindi

17:35

Tiaqo Alkantara "Barselona"ya qayıtmaq istəyir

17:28

Rauf Məmmədov: "Sanki yenidən məktəbə getməyə başlamışam" - MÜSAHİBƏ

17:02

"Mən də Ronaldunun fanatıyam, amma tarixin ən yaxşı futbolçusu Messidi"

16:31

Almeydanın "Baniyas"dakı taleyi necə olacaq? - SON DURUM

16:23

5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

15:50

Azarkeşlər stadionlara buraxıla bilər - La Liqada

15:09

İtaliya klubunun 15-dən çox üzvünün koronavirusa yoluxduğu məlum oldu

14:41

Kompani Quardiolanın təklifini rədd edib

14:35

"Latsio"nun lideri PSJ yolunda

13:59

Cazibədar gimnastımız zəngin iş adamı ilə yeni FOTOLARını paylaşdı

13:52

Memfis Depayın aqibəti necə oldu?

13:45

Arbeloa "Real"a qayıdır

13:20

Premyer Liqa tarixinin ən yaxşı mərkəz müdafiəçisi kimdi? - SIRALAMA

12:44

25 yaşlı futbolçu koronavirusdan dünyasını dəyişdi

12:07

Kamil Zeynallıdan açıqlama: "Kamili qorxutdular, sındırdılar..." - VİDEO

11:47

Azərbaycanlı futbolçunu aktyor belə əzişdirdi - VİDEO

11:25

20 yaşlı futbolçu Bundesliqada tarix yazdı

10:55

"Barselona" Koutinyunu "Tottenhem"ə göndərməyə hazırdı

10:38

"Neftçi"nin hücumçusu: "Cənubi Kipr klubu ilə danışıqlar aparıram"

10:20

"Reno" "Formula 1"-də qalır

09:55

Polis əməliyyat keçirdi: Məşhur hakim fahişəxanada saxlanıldı

09:50

NBA-da yeni format: 20-22 komanda...

09:30

PSJ İkardinin transferini həll etdi

09:07

Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandı

08:20

Rusiyanın ən gözəl döyüşçüsü oktaqona qayıdacaqmı? - FOTOLAR

00:30

Bundesliqa: "Bayer" səfərdə qazandı

00:09

Messi, Ramos və Suares yeni klipə çəkildilər - VİDEO

29 May 2020
23:18

Rusiya Premyer Liqasının oyunları azarkeşsiz keçirilməyəcək

21:25

Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı

19:15

"Borussiya"da zədə problemi: Holand oynamayacaq

18:54

Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək

18:45

Operativ Qərargahdan qapalı idman müəssələri ilə bağlı açıqlama

18:10

Bundesliqada 29-cu tura start verilir

17:58

Rusiya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı

17:33

"Liverpul" "Enfild"ə həsrət qalacaq - Çempion olana kimi

17:03

Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi

17:02

Verner "İnter"ə keçməyəcək

16:37

Dieqo Kosta azadlıqdan məhrum edilə bilər

16:08

"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını andılar

15:35

Mədət Quliyev dayanmadan 7 saatdan çox velosiped sürdü - VİDEO

15:25

"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)

15:24

Lautaro Martines "Barsa"da nə qədər qazanacaq?

15:18

İranlı futbolçu: "Səbail"lə razılıq əldə etdim, oynayacağam"

14:56

La Liqada cari mövsümün bərpa və yeni mövsümün başlama vaxtları bəlli oldu

14:37

İngiltərə Kubokunun təqvimi açıqlandı

13:54

"Neymar yalnız Messidən geri qalır" - "Barsa"nın keçmiş prezidenti

13:25

UEFA ÇL-in finalını İstanbuldan ala bilər

13:08

At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər

12:57

Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

12:35

Dünyanın ən dəyərli klubları - SIRALAMA

11:56

"Arsenal"da istefa

11:52

Azərbaycanda baş redaktorun anası koronavirusdan dünyasını dəyişdi

11:11

Premyer Liqa: Oyunların başlama saatları açıqlandı

11:06

PSJ-nin qapıçısı yol qəzasına düşdü - FOTOLAR

10:56

Bundesliqanın liderinə ağır cəza

10:44

Qrossmeysterimiz "İpək Yolu Kuboku"nun qalibi oldu

10:40

"Arsenal"ın ulduzu "İnter"in təklifini rədd etdi

10:10

Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər

09:35

İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşdi

09:05

Viktor Valdesin yeni iş yeri bəlli oldu

08:20

"Ona vurulduğum üçün "Qalatasaray" azarkeşi oldum" - FOTOLAR

28 May 2020
21:00

Türkiyə klublarından Azərbaycana təbrik

19:43

Premyer Liqa bu tarixdə bərpa olunacaq

19:28

PSJ-ni "Arsenal"a dəyişir

Facebookdan bizi izləməyi unutmayın.