17:14 01.11.2016 196

Qriqorçuk azərbaycanlı kişiləri Ukraynaya dəvət etdi- MÜSAHİBƏ

“Qafqazinfo” “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və həyat yoldaşı Alina Qriqorçukun qonağı olub. Qəbələdən baş məşqçi və ailəsindən hazırladığımız geniş müsahibəni təqdim edirik:


- Artıq 2 ilə yaxındır ki, “Qəbələ”nin baş məşqçisisiz, ailənizlə bərabər buraya köçmüsüz. Bu müddətdə hansı çətinliklərlə qarşılaşdınız?


- Roman Qriqorçuk: Çətinlikdən danışmağa dəyməz. Bu hər kəsin həyatında, hər yerdə olur. Vacib məsələ odur ki, bu çətinliklərin öhdəsindən gəlməyi bacarasan. Hər hansı bir çətinliklə üz-üzə qalarkən onu sadəcə aşmağı düşünürəm.


- Alina Qriqorçuk: (xanımı) Bizim üçün heç bir çətinlik olmayıb. Bilirsiniz, əgər Roman burada tək yaşasaydı, hər hansı problem olardı. Və ya biz ondan uzaqda olsaydıq, darıxardıq. Amma ailəvi yaşamaq bizə heç bir problem yaratmır. Bir-birimizə olan dəstəyimiz bizi çətinlikdən uzaq tutur.


- Azərbaycana bir günlük də olsa, gələnlər qonaqpərvərliyimiz və mətbəximizin ləzizliyindən danışır. Siz bunlara nəyi əlavə edərsiniz?


- R.Q. Bu dediklərinizi sadəcə təsdiq edə bilərəm. Ailə üzvlərim və mən də sizin dadlı yeməklərdən çox ləzzət alırıq. Həyat yoldaşım və oğlum daim restoranlardan müxtəlif yeməklər sifariş edirlər.


- Alina xanım, hansı yeməklərimizi hazırlaya bilirsiz?


- A.Q. Plov hazırlaya bilirəm. Ət və balıqla olan yeməkləri də hazırlamaq istəmişəm. Amma azərbaycanlılar kimi dadlı edə bilmirəm. Yəqin ki, onun da hər hansı bir sirri var.


- Yeməklərdən söz düşmüşkən, bütün çeşidləri bizim toylarımızda görə bilərsiniz. Azərbaycana gələndən neçə toyda olmusuz?


- R.Q. Azərbaycanda toyda olmuşam və çox xoşuma gəlib. Xüsusən Alina toyda çox emosional idi. Verilən yeməklərdən danışmağa ehtiyac yoxdur, hamısı əladır. Amma xüsusi bir məqamı vurğulamaq istəyirəm. Sizin toylarda kişilər yaş fərqlərinə baxmayaraq həddən artıq yaxşı rəqs edirlər. Hətta yaşlı kişilər belə əla rəqqasdırlar. Bu adamı heyran edir.




- Bizim xalqın öz ənənəsi və mentaliteti var. Siz burada mentalitetlə bağlı çətinliklə üzləşməmisiz?


- R.Q. Burdakı mentalitet bizim işimizə və ya yaşamağımıza problem yaratmır. Amma bir misal çəkmək istəyirəm: Azərbaycana ilk gəldiyim vaxtda komanda daxili iclas var idi. Vaxt saat 10-a təyin olunmuşdu. İclasın başlamasına 2-3 dəqiqə qalmasına baxmayaraq futbolçuların özlərinə kofe hazırladığını, çox rahat gəzdiyini gördüm. Yəni fikirlərində iclasa hazırlaşmaq yox idi. Sonradan artıq onlar düzəlməyə başladılar və vaxtında bütün iclaslara gəlirdilər. Həmin gün isə 11-in yarısı başladıq.


- A.Q. Deyirlər ki, şərq çox nazik bir yerdir. Məsələn, burada olan gecikmələrdən də nəsə öyrənmək olar. Mütləq bunun da bir müdrikliyi var. Mənim üçün müxtəlif mədəniyyətlər də maraqlıdır.


- Azərbaycanlı kişilərin ukraynalı qızlara heyran olduğunu bilirsiniz?


- R.Q. Bu barədə az da olsa, bilirdim. Təkcə, azərbaycanlılar deyil, bütün dünya kişiləri ukraynalı qızları sevir. Bunu normal qarşılayıram. Çünki ukraynalı qızlar çox gözəldir. Təəccüblü deyil. Elə burdan bütün azərbaycanlı kişiləri Ukraynaya dəvət edirəm.


- Alina xanım, futbolla tanışlığınız Roman Qriqorçukdan başlayır?


- A.Q. Elə demək olar. Düzdür, ondan öncə idmana marağım var idi. Lakin başqa növlərə daha çox baxırdım. Tanışlıqdan sonra Roman futbolu mənə öyrətdi və onunla məşqlərə baxdım. Beləliklə, futbolu çox sevdim.


- İlk dəfə tanıdığınız Qriqorçukla indiki arasındakı fərq nədir?


- A.Q. Qriqorçuk mənim üçün hər zaman böyük insan olub. O, futbolçu olduğu zaman da belə idi, indi də. Geniş ürəyə sahib biridir.


- Belə bir ifadə var: “Məhəbbət 3 il yaşayır”. Razısız?


- R.Q. Bizdə 30 ildir ki, yaşayır.


- A.Q. Bu yalan ifadədir. Bizdə deyiləndən 10 dəfə çox yaşayıb. Çox da əladır. Uzun illərdir ki, birlikdəyik. Onu yenə ilk günkü kimi sevirəm.


- Futbol sizin üçün bir Romandan ibarətdir, yoxsa yeni roman yaza biləcək futbolçular var?


- A.Q. Mənim üçün roman bir dənədir. Amma futbolda simpatiyam olan insanlar, oyunçular var. Cavid Hüseynov haqqında bunu deyə bilərəm. Onun qayıdışına çox sevindim. Ümid edirəm ki, yenidən öz formasına qayıdacaq. Eləcə də, Aleksey Qayı qeyd edərdim. Çox təəssüf ki, o, buradan ayrıldı.


- Ötən il Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la səfərdə heç-heçə edib qrupla düşdüyünüz oyundan sonra telefonda bir-birinizin səsini eşidincə ağladığınızı bildirmişdiniz. Artıq ikinci dəfədir ki, eyni sevinci yaşayırsınız. Bu dəfə də eyni hal baş verdi? “Maribor”la çətin oyundan istədiyiniz nəticə ilə ayrılandan sonra nələr yaşandı?


- A.Q. Həmişə uğur qazandıqda çox sevinirik. Əlbəttə ki, eyni cür sevindim və Romanı təbrik etdim.


- R.Q. Məndə qələbəyə vərdiş yaranmır və hər zaman eyniyəm. 100 dəfə qələbə qazansam, yeni eyni halla sevinəcəm. Bu mənim üçün qanundur.




- Oğlunuz da Qəbələdə məktəbə gedir, razısınızmı bizim təhsildən, vəziyyət necədir?


- Suala Roman Qriqorçukun oğlu Timerlan cavab verir: Məktəbdə hər şey əladır. Sinif yoldaşlarım çox yaxşıdır. Dostlarım da var. Hər şey qaydasındadır. Qızlar və ya oğlanlarla heç bir problemin yoxdur.


- Xoşuna gələn qız var?

- (Gülür və utanaraq suala cavab vermir)


R.Q. Uşaqlar məktəbə gedir ki, oxumağı, yazmağı öyrənsin. Amma məktəblərdə bəzən çox, bəzən isə az məlumat verirlər. Düşünürəm ki, uşaqlara az və faydalı məlumatları vermək lazımdır. Bu dünyagörüşünün artmasına səbəb olur. Qəbələdəki məktəbdə müəllimlər hamısı mənim fikirləşdiyim kimi təhsil verir və buna görə onlardan razıyam.


- Timerlan həmçinin “Qəbələ”də məşq edir. Oğlunuzu futbolçu kimi görmək istəyirsiniz, yoxsa siz də “hansı peşəni seçsə, onunla məşğul olacaq” deyəcəksiniz?


- R.Q. Əlbəttə ki, futbolçu olmasını istəyərəm. Çünki futbol mənim üçün xüsusi bir şeydir. Amma bunun üçün istedad lazımdır. İndidən futbolçu olacaq və ya olmayacaq deyə bilmərik. Hər şeyə yəqin 12-13 il sonra aydınlıq gələr. Futbol oynayacaqsa, ən yaxşılardan olmalıdır. Əks təqdirdə özünə başqa peşə seçəcək.


- Düzü, bir övladınızın olduğunu bilirdik. Qızınız Yevgeniyanın Latviyada yaşadığını yeni öyrəndik. Onun üçün darıxmırsız?


- A.Q. Əlbəttə, darıxırıq. Qızımız bura tez-tez gəlir. Yevgeniya Parisdə, Sürixdə və Avropanın çox şəhərlərində olub. Amma deyir ki, Bakı mükəmməl şəhərdir. Heç bir yer mənim üçün bu qədər gözəl deyil. Yayda da gəlmişdi.


- R.Q. Qızımla fəxr edirəm. Çünki həyatda çox şey öyrənib və qazanıb. Ona demişdim ki, sən yaxşı olmağa çalış nə kömək lazım olsa, mən edərəm. Amma qızım bizdən kömək istəmədən irəlilədi. Latviyada bankda işləyir, çoxlu dillər bilir. Həyatını özü qurub. Mən ona idmanla bağlı çox şey danışmamışam. Buna baxmayaraq o, məşqlər edir, trenajora gedir. Odessada olanda qızımın məşqlərinə baxıb onunla daha da çox fəxr elədim. Yevgeniya məndən heç nə öyrənmədən çox şey qazanıb.




- 9 il Latviyada işlədiniz və qızınız həyatını bu ölkədə qurdu. Artıq Azərbaycandasınız. Qızınız bizim ölkədə biri ilə ailə qursa, münasibətiniz necə olacaq?


- R.Q. Seçim onun əlindədir. Əgər işi burada olsaydı, həyatını Bakıda qursaydı, hər şey ola bilərdi. Amma Yevgeniyanın hər şeyi Riqadadır. Onun yaşamaq tərzi də işi ilə bağlıdır.


- Ukraynalılar iti çox sevir. Evdə heyvan saxlayırsız?


- R.Q. Gördüyünüz kimi, oğlum dostu ilə (pişik) oynamağa gedir. Ona da bizim gendən gəlib ki, ailəlikcə heyvanları çox sevirik. Latviyada yaşayanda bir qara pişiyimiz var idi. O, 16 il bizimlə yaşadı. Bu yaxınlarda öldü. Bir itimiz də var idi ki, 17 il bizim evdə qaldı. Sonra isə öldü. Heyvana sevgimiz böyükdür. Oğlum da hər gün soruşur ki, biz nə vaxt heyvan alacağıq. Bu məsələni həll etmək haqqında düşünürəm. Oteldə yaşayan bir pişik var - Tviksdir. O, oteldə özünü şah kimi aparır. Oğlumla dostlaşıblar və hər gün oynayırlar. Artıq bu pişiyi evə aparmaq haqqında düşünürəm. Bir dəfə hətta gəlib gördüm ki, oğlum yatıb, pişik isə onun yatağında oynayır.




- Gəlin, bir az Azərbaycan futbolundan danışaq. Qurban Qurbanov illərlə Azərbaycan futbolunda dominantlıq edirdi. Amma siz gəldikdən sonra hər şey dəyişdi. Qurbanovla yanaşı artıq Qriqorçuk da xüsusi seçilir...


- Məni adətən belə müqayisələr maraqlandırmır. Qurban Qurbanova böyük hörmətim var. Çox şadam ki, onunla istədiyim vaxt zəngləşib fikir mübadiləsi apara bilirəm. Bir-birimizi uğurlarla bağlı təbrik edirik. Qalan vaxtda isə ancaq öz komandam haqqında fikirləşirəm.


- Onunla fərqiniz nədir?


- Bizim aramızdakı fərqi hər ikimizi yaxşı tanıyan üçüncü adam deyə bilər. Amma Qurban Qurbanov işinə çox ciddi yanaşır. Fikirlərimiz uğur qazanmaqda üst-üstə düşür. Ümumi götürdükdə, onun futbol stili böyük nəticələrə gətirib çıxara bilər.


- Qurban Qurbanovu məğlub edərkən xüsusi sevinirsiz? Səmimi etiraf edin.


- Bütün komandalara qarşı mübarizə çətindir. Etiraf edək ki, “Qarabağ”ın səviyyəsi çox yüksəkdir. Onlar Çempionlar Liqasında oynaya biləcək gücə malikdirlər. Yaxın gələcəkdə onlar qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində mübarizəa aparacaqlar. Özümüzə yaxın çempionlatlarla götürsək, “Qarabağ” Ukrayna və Rusiya çempionatında yüksək yerlər üçün oynaya bilər.


- “Qəbələ”nin çempion olması üçün nə lazımdır?


- Çempion olmaq üçün buna hazır olmaq lazımdır. Yüzlərlə detallar həyata keçirilməlidir. Biz bu gün çempion olmağa tam hazır deyilik. Bu istiqamətdəyik, çox şeylər etmişik. Yenə də çalışmalıyıq. Tam hazır olduqdan sonra çempion ola bilərik. Bunu mən təcrübəmdə çox görmüşəm. Heç bir ölkədə hazır olmadan çempionluq mümkün deyil. Amma biz istəyimizdən əl çəkmirik. Düşünməyin ki, biz fikrimizdən daşınırıq. Dayanmadan işləyirik. Bir məsələ də var ki, çempion olduq və sonra...Birinciliyi qazanandan sonra Çempionlar Liqasında oynamalıyıq. İstəyərdim ki, bizim strategiyamızda çempionluq və ondan sonra gələcək hədəflər də olsun. Gərək dəfələrlə çempion olasan ki, artıq birincilik kiçik bir şey kimi görünsün. Bu mənada Belarusiyanın BATE komandasını misal çəkmək olar. Onlarla çoxlu sayda çempionluq qazandılar və Çempionlar Liqasının qrupuna vəsiqə əldə etdilər.




- Komandanın prezidenti Tale Heydərovlə görüşüb müzakirələr aparırsız?


- Bəli. Onunla görüşüb söhbət edirik. Bildirim ki, Tale bəylə görüşdən zövq alıram. O insanla söhbət etmək hər dəfə mənə çox xoş təsir bağışlayır. Hər görüşdən sonra biz daha yüksək hədəflər haqqında düşünürük. Çünki Tale bəy özü də daim bizim yüksək nəticələrimizə sevinir və hər şəraiti yaradır. Burda böyük bir akademiya var. Onların hədəfləri bizi işləməyə sövq edir.


- Tale Heydərovun atası, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov komandanızın pley-off mərhələsində “Maribor” üzərində 3:1 hesablı qələbə qazandığınız oyunu izlədi. Həmin möhtəşəm qələbədən sonra onunla görüşə bildiniz?


- Yox, onunla heç bir görüşümüz olmayıb. Amma eşitmişəm ki, Kəmaləddin Heydərov Azərbaycanda insanlar üçün çox iş görüb.


- Ötən il qrup mərhələsinə düşərkən sizə verilən papağı saxlamısınız?


- Əlbəttə. Odessadakı evimdə saxlayıram. Mən bu günə kimi hər şeyi saxlamışam. Bilmirəm ki, bunu niyə edirəm? Amma verilən hər şeyi saxlayıram.


- Həyatda nəyə təəssüflənmisiniz?


- R.Q. Heç bir şeyə. Bundan sonra da heç nəyə təəssfülənməyəcəm. Heç nəyə təslim olmuram, amma təəssüflənmirəm də. Nə necə olubsa, elə də olmaıdır.


- A.Q. Həyatda elə də ciddi təəssüfləndiyim bir şey yoxdur. Sadəcə bir məqamı qeyd edərdim. Romanın işinə görə çox vaxt səfərlərdə, başqa ölkələrdə oluruq. Buna görə doğmalarımızı görə bilmirəm.


Oxşar xəbərlər

Xəbər lenti

26 May 2020
17:01

"Quardiolanın məşqləri universitet oxumağa bənzəyir"

16:36

"Mayk Taysonu dişləmək istəyirdim" - Evander Holifild

16:09

"Feyenoord"un növbəti baş məşqçisi Dirk Köyt olacaq

15:33

"Real" futbolçusunu "Milan"a göndərir

15:06

İbrahimoviçin zədəsi nə qədər ciddidi? - "Milan"dan açıqlama

14:38

Koronavirus testlərinin azlığı NBA-nın bərpasını gecikdirir

14:01

Ronaldu: "Mən tarixin ən yaxşı futbolçusuyam"

13:49

Villaş-Boaş gələcəyi ilə bağlı qərar verdi

12:39

Həbib koronavirus testi verməkdən imtina etdi

12:14

Bundesliqada liderlərin dueli: "Borussiya" "Bavariya"ya qarşı

11:52

"Heç vaxt Maykl Cordanın fanatı olmamışam" - Tim Dankan

11:45

Alleqri qayıdır

11:31

Son mənzilə Rəşad Sadiqovun çiyinlərində yollanan hücumçu - VİDEO

11:17

"Azərbaycana getməli idim, ayağım sındı"

10:45

ÇL tarixinin ən yaxşı məşqçiləri: Zidan Quardiolanı qabaqladı (SIRALAMA)

10:00

"Mançester Siti" Sanenin əvəzedicisini tapıb

09:44

İngiltərə millisinin üzvü koronavirusa yoluxdu

09:20

Ən yaxşı argentinalılardan ibarət heyət: Maradona və Lavessi var, İquain yoxdu

09:00

"Roma"nın sabiq üzvü 21 yaşında dünyasını dəyişdi

08:30

Mostovoy: "Ayazın gedişi "Spartak" üçün itki sayılmayacaq"

08:20

Modellik təklifini rədd edən Fanni Ştollardan yeni FOTOLAR

01:04

Rəsul Çunayev: "Həbib Nurməhəmmədovla güləşmişəm"

25 May 2020
22:46

Bundesliqada əsrin rekordu qeydə alındı

22:36

"Barselona" maska satışına başladı

20:46

Ayaz Quliyev əvəzedici komandaya göndərildi - RƏSMİ

19:30

Tanınmış futbolçunun koronavirusa yoluxduğu ortaya çıxdı - Klubu gizlədib

18:50

ÇL finallarının ən yaxşı oyunçusu - Messi (SIRALAMA)

17:58

İbrahimoviç uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

17:30

126 milyonluq oyunçu sıradan çıxdı

16:56

Klub sahibi koronavirusa qalib gəldi

16:25

Avroliqada mövsüm erkən başa çatdı - RƏSMİ

15:49

"Real" Holanda görə Hakimini "qurban verməy"ə hazırdı

15:31

Zidan Edeqoru qaytarır

14:33

Premyer Liqanın bərpası yönündə daha bir addım

14:15

Avroliqa prezidenti mövsümün ləğv olunmasını istəyir

14:10

İTTİHAM: "Zeynəb Məmmədyarova evimi əlimdən almaq istəyir"

13:12

"Qarabağ" 766 komanda arasında 12-ci oldu

12:47

Vəli Qasımov: "Dedilər ki, dəlisiz, belə necə içirsiz?"

12:14

"Dabonun "Neftçi"dən ayrılması..." - AÇIQLAMA

11:40

Benites yenidən "Nyukasl"da?

11:15

"Deyəsən, biz, həqiqətən də, axmağıq" - Klub prezidenti

11:04

Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxdu

10:38

İtaliyada futbolçular oyunların günorta saatlarında keçirilməsinə qarşıdı

10:20

Ronaldunun sevgilisi hovuzda çəkilmiş yeni FOTO paylaşdı

10:17

"Mançester Yunayted"dən ayrılır - Çində oynayacaq

09:55

Futbolçunun sevgilisi özündən daha titullu idmançıdı - FOTOLAR

09:34

"Layptsiq"dən beş, "Auqsburq"dan üç cavabsız qol - VİDEOLAR

09:10

"Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"

24 May 2020
23:44

Belarus Kubokunun sahibi müəyyənləşdi

22:06

Zinəddin Zidan cərimələnə bilər

19:57

Bundesliqa: "Maynts" öz meydanında biabır oldu

18:23

Futbolçunun transseksual həyat yoldaşı aylıq qazancı ilə rekord qırır - FOTOLAR

18:01

Futbolçu təcavüzdə ittiham olunur: Qadının içkisinə dərman atıb...

16:49

"Xəzər Lənkəran"ın heç vaxt belə şeylərdə əli olmayıb"

15:02

Fariz Nəcəfov: "Heç kim Premyer Liqanı tərk etməməlidi"

14:38

Dünya çempionu "Milan" yolunda

14:13

Məşhur idmançı keçmiş xanımını döydü, həbs olundu - FOTOLAR

12:23

Asmir Beqoviç yenidən "Qarabağ"da?

12:19

İki qəza: Biri karyerasını, biri həyatını bitirdi

12:13

"Fənərbaxça"nın ulduzu və xanımı çılpaq FOTOsunu paylaşdı

11:31

Əkrəm İmamoğlunun həyatını dəyişən adam: "Komandaya götürmədim, gedib sədr oldu"

10:51

Dünya çempionu qızıl medalını satdı

09:51

Mahir Emrelidən bacısına təbrik - FOTO

09:43

Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO

09:22

Mübariz Mənsimovdan TƏBRİK

02:42

“Yanına çağırıb dedi ki, ağzınla quş tutsan da, səni oynatmayacam” - MÜSAHİBƏ

23 May 2020
22:59

Serb hücumçu sevgilisinin yanında intihar etdi

22:30

Bundesliqa: "Bavariya" 5 qolla qazandı

20:30

"Bavariya" və "Mançester Yunayted"in 20 yaşlı futbolçu uğrunda mübarizəsi

19:20

UFC 250-nin posteri - FOTO

Facebookdan bizi izləməyi unutmayın.